ulduz fali

Günün ulduz falı (20.11.2012)

QOÇ
Nəyə can atırdınızsa, ona nail olacaqsınız. Ancaq bunun üçün bir az əziyyət çəkməli olacaqsınız. Bürcün bəzi nümayəndələrinin vəzifələri artacaq. Pozitiv emosiyalar almaq, günü yaxşı keçirmək üçün üsul tapacaqsınız.
BUĞA
Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günün ortalarında həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək.
ƏKIZLƏR
Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil.
XƏRÇƏNG
Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək.
ŞIR
Maraqlı gündür. Güclü rəqiblərinizlə və pis vərdişlərinizlə mübarizə aparacaqsınız. Bu gün istənilən çətin vəziyyətdən qalib kimi çıxacaqsınız. Gün boyu sizdən asılı olan şəxslərə qarşı diqqətli olun.
QIZ
Şəxsi müstəvidə yaranmış dolaşıq situasiyadan asanlıqla çıxmağı bacaracaqsınız. Problemin çətinliyi hər bir işdə sizi günahkar bilmələridir. Ilk baxişda sizi sıxışdırsalar da nələrəsə layiq olduğunuzu etiraf edəcəklər. Bu işdə sizə bir xanım yardımçı olacaq.
TƏRƏZI
Gün sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün əlverişlidir. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata orijinal baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz. Ailəli “Tərəzi”lər üçün məhsuldar gündür.
ƏQRƏB
Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək.
OXATAN
Professional sferada problemlər yaranacaq. Bürcün bəzi nümayəndələri yeni iş yeri axtaracaqlar. Tələsməyin, çünki təklif alacaqsınız, amma bu bir az gec olacaq. Şəxsi müstəvidə isə mənzərə tam əksinə olaraq ürəkaçandır.
OĞLAQ
Düzgün təyin olunmuş məqsəd uöurun yarısıdır. Sizdən tələb olunan təhriflərin qurbanı olmamaqdır. Düşmənləriniz sizin enerji və gücünüzdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Özünüzə yaxşı müttəfiq seçsəniz, gün məhsuldar olar.
DOLÇA
Sizin üçün qiymətli olanı itirmək təhlükəsi var. Bu səbəbdən diqqətinizi toplayın. Uzun müddətdən bəri etimadını qazanmağa çalışdığınız müttəfiqlər sizi pis vəziyyətdə qoya bilərlər. Şəxsi müstəvidə isə yaxşılığa doğru dəyişiklik olacaq.
BALIQLAR
Bir az gözləsəniz, ideyalarınız reallaşacağını görərsiniz. Elmi yaradıcılıq baxımından məhsuldar gündür. Əhvalınız stabil olacaq, ancaq əla demək mümkün deyil. Yaxın ətrafınız sizi şənləndirməyə çalışacaq və bu onlarda alınacaq.