İsrail və HƏMAS atəşkəs barədə razılığa gəlib

Bu barədə Əl-Ərəbiya telekanalı məlumat yayıb.

Bununla belə münaqişə tərəfləri arasında nəzərdə tutulmuş planın reallaşması mərhələləri ilə bağlı fikir ayrılığı var. Həmçinin HƏMAS tələb edir ki, hərbi əməliyyatlar dərhal dayandırılsın. İsrail isə hesab edir ki, barışıq iki mərhələdə həyata keçirilməlidir. Tel-Əvivdə hesab edirlər ki, əvvəl atəşkəs elan etmək, yalnız bundan sonra Qəzza sektorunun blokadasın aradan qaldırmaq lazımdır. Həmasçılar həmçinin qruplaşma liderlərinin məhv edilməsinə də etiraz edir. 

Hazırda İsrail emisarları öz rəhbərliyi ilə məsləhətləşir. Danışıqlar əvvəlki tək Misirdə bu ölkədən olan vasitəçilərin iştirakı ilə davam edir.

Azadlıq.info