Ceyhun Bayramov Moskvaya gedib

Azərbaycan Xarici İşlər naziri Ceyhun BayramovRusiyaya gedib.

Bu barədə oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, o, Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib.