Daha bir əsgər həlak oldu

Milli Ordunun əsgəri minaya düşərək şəhid olub

Paşa Mürsəlov Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı

Azərbaycan Ordusu daha bir əsgərini itirib. ANS PRESS-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb. Cəbhənin Xocavənd istiqamətində Milli Ordunun əsgəri, 19 yaşlı Paşa Nemət oğlu Mürsəlov minaya düşərək həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib. P. Mürsəlov Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.