Ağlınızı başınıza yığın!
Söyün Sadıqov, AzərRos AFMK prezidenti
Son günlər dünyanın bütün nöqtələrindən – Avropa, Amerika, MDB ölkələri və Rusiyanın müxtəlif şəhərlərindən müxtəlif xalqların nümayəndələri mənə və AzərRos AFMK fəallarına zəng edir, məktub yazır və Azərbaycan KİV-lərində Rüstəm İbrahimbəyovun ünvanına təhqir dolu və hörmətsiz yazıların dərci ilə bağlı təəccüb və narahatçılıqlarını ifadə edirlər. Mətbuat növbəti dəfə yuxarıdan göstəriş əsasında millətin fəxri və qaymağı olan şəxsə qarşı qaralama kampaniyasını davam etdirib.
Bu il, Azərbaycan kinosu günündə dərc olunan məqalələrin birində müəllif Rüstəm İbrahimbəyovun bədxahları ilə polimikaya girərək İbrahimbəyovu dünyanı ən yaxşı ssenaristlərindən biri adlandırıb və onun adı ətrafında şiddətlənən qeyri-sağlam hay-küyü nəzərdə tutaraq sual verib: görəsən onun növbəti ssenarisi necə başa çatacaq?
Mənim üçün bunun cavabı hələ onda aydın idi. Rüstəm İbrahimbəyovun meydan oxuduğu adamlar, onların da hiddədini başa düşmək olar, çünki heç kim onlara səsini ucalda bilməz, onlar mühakimə olunmur, qüdrətlidir, ünvanlarına olan «ədəbsizlikləri» elə-belə bağışlamırlar. Onlar üzlərinə həqiqəti deyən və onlardan qorxmayanları alçaltmaq, tapdalamaq üçün hər şeyə hazırdır. Ona görə də bu qızışan ssenaridə hər şey son dərəcə aydındır. Kim necə nəfəs alır və kimin hesabına…
Mən Azərbaycan KİV-ə üz tuturaq edərək özünü və öz nəşrlərini həqiqətən uyğun olmayan və şüurlu şəkildə hörmətli insanları qaralayan məqalələrlə ləkələməməyə çağırıram. Bununla siz ilk növbədə ölkənin imicinə və onun mədəniyyətinə zərb vurursunuz. Əgər siz özünüzü millətin vicdanı kimi göstərmək istəyirsinizsə, onda oxucularınız qarşısında vicdanlı və səmimi olun.
Azərbaycanda həmişə yaşlılara, müdriklərə, öz yaradıcılığı ilə ölkəsini və xalqını şöhrətləndirənlərə hörmət qoyulub, çünki onlar həmişə xalqımızda olan parlaqlıqları və gözəllikləri təcəssüm edib. Biz nə vaxtı qaranı ağdan, pisi yaxşıdan ayıra biləcəyik. Bu pis oyuna qoşulanların ağıllı olacağına ümid edirəm. Bu oyunda udanlar da, uduzanlar da bərabər səviyyədə zərər çəkəcək. Bu zərərçəkmişlər isə kimsə başqası yox, sizinlə bizlər olacağıq…
Ona görə ağlınızı başınıza yığın!


