Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı

Azərbaycan Silahlı Qüvvələrinin Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdıqları bildirilir.

Bu barədə Azərbaycan prezident İlham Əliyev “Twitter” səhifəsində paylaşım edib.

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar…”, deyə o yazıb

Xudafərin körpüsü Azərbaycan və İranı birləşdirən, Cəbrayıl rayonunda yerləşən Araz çayı üzərində salınmış iki körpüdür.

Azərbaycan Silahlı Qüvvələrinin Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunun mərkəzini isə oktyabrın 4-də işğaldan azad etdiyi açıqlanıb.