Türkiyənin Antaliya şəhərində Avropa millətlər kuboku çərçivəsində Azərbaycan və Türkiyə yığmaları arasında keçirilən reqbi matçında dava düşüb və oyun təxirə salınıb.
Türkiyənin «Zaman» qəzetinin yazdığına görə, oyun yaxşı başlasa da, 65-ci dəqiqədən meydanda gözlənilməz hadisələr baş verməyə başladı. Oyunun birinci hissəsini Türkiyə yığmasının 39-3 hesabı ilə qələbəsi ilə başa çatıb, ikinci hissədə hesab 59-3 olarkən oyunçular arasında dava düşüb. Daha sonra stadiondakı tamaşaçılar da şifahi şəkildə oyunçuların davasına qoşulub. Azərbaycan yığmasının oyunçuları isə tribunalara qalxaraq tamaşaçılarla da dava edib. Türkiyə yığmasının baş məşqçisi Nayl Doerti oyundan sonra bildirib ki, onun oyunçuları özlərini yaxşı aparıb, Azərbaycan yığmasının oyunçuları isə özlərini çox aqressiv aparıb və oyunun davam etdirilməsində maraqlı görsənməyiblər.
Azadlıq.info