Tbilisi şəhər məhkəməsi vitse-mer, Gürcüstanın daxili işlər nazirinin keçmiş müavini Şota Xizanişvili barəsində həbs qətiimkan tədbiri seçib.
DİN-in iki məmuru isə kompüter virusunun yaradılması və istifadəsi ittihamı ilə həbs edilib. «Azadlıq.info»nun «RİA Novosti»yə istinadən yaydığı məlumata görə, Ş.Xizanişvili vəzifə səlahiyyətlərini aşmaqda və parlament seçkilərində qalib gələn «Gürcü arzusu» koalisiyasının nümayəndələrinin danışıqlarının gizlin yazılmasında günahlandırılır. «Xizanişvili DİN-ə heç bir operativ işə rəhbərlik etməyib, ona görə də ona qarşı irəli sürülən ittihamlar yalnız keçmiş daxili işlər naziri Vano Merabişvilini və məni həbs etmək məqsədi güdür, çünki Xizanişvili onunla yaxşı münasibətdə olub, mənim isə müavinim idi» – deyə Tbilisin meri Gigi Uqulava mətbuata açıqlamasında bildirib. Keçmiş daxili işlər naziri Vano Merabişvili isə Ş.Xizanişvilinin həbsdən azad edilməsi üçün əlindən gələni edəcəyini deyib. «Yaxşı başa düşürəm ki, Merabişvilini mənə təzyiq göstərmək üçün həbs ediblər, çünki biz ailəvi dostuq» – deyə keçmiş nazir bildirib.
Azadlıq.info


