İsrail Qəzza sektoruna humanitar yardım təchizatını bərpa edib

Bazar günü İsrail birgə sərhəddəki yeganə yük terminalından Qəzza sektoruna humanitar yardım təchizatını bərpa edib.

Terminal çərşənbə günü fələstinli döyüşçülərə qarşı əməliyyat başlayanda bağlanmışdı. 

«Azadlıq.info»nun RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, dərman, ərzaq, məişət qazı və digər zəruri sursatla dolu 120 yük maşınından 70-i «Kerem-Şalom» sərhəd keçidindən anklava daxil olub. Döyüşlərin davam etməsinə baxmayaraq İsrail xəstəxanalarında müalicə olunan fələstinlilərin istifadə etdiyi «Erez» sərhəd məntəqəsi də fəaliyyətini davam etdirir.