Ərdoğan: “Erməni vəhşiliyinə göz yuma bilmərik”

“Türkiyə dost ölkələrdə, o cümlədən Liviya, Somali, Suriyada zorakılığa məhəl qoymaya bilməz. Biz ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə də göz yuma bilmərik. Azərbaycanlılar bizim qardaşlarımızdır!”, – prezident Rəcəb Tayyib Ərdoğan cümə axşamı Ankarada bildirib.

“Biz vəhşilikləri görməzlikdən gələ bilmərik. Əlini-əlinin üstünə qoyub oturmağa haqqımız yoxdur. Bizim üzərimizə əcdadlarımızın vəsiyyətlərinə əsaslanan tarixi məsuliyyət düşür”, – “Anadolu” agentliyi Türkiyə liderindən sitat gətirir.

Contact.az