Türkiyə türkdilli ölkələri Azərbaycanla həmrəylik nümayiş etdirməyə çağırır

Türkiyə türkdilli ölkələri Azərbaycanla həmrəylik nümayiş etdirməyə çağırır. Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Əhməd Yasavi adına Beynəlxalq Qazaxıstan-Türkiyə Universitetində tədris ilinin açılışı zamanı bildirib.

“Türkdilli ölkələr Azərbaycanla həmrəylik nümayiş etdirməlidirlər. Bilavasitə Ankara tarixi torpaqların işğaldan azad edilməsi uğrunda ədalətli mübarizədə həmişə Bakının tərəfində olub və qalır”, – o qeyd edib.

Contact.az