YAP-dakı yubiley çıxışında ölkə başçısı dünyanın bütün böyük gücləri ilə qarşıdurmada olduğunu göstərdi
Ilham Əliyev Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş mərasimdəki çıxışında dünyaya açıq-aşkar meydan oxuyub. Demokratik Avropanı hədəfə götürən ölkə başçısı bununla yanaşı, dünyanın bütün böyük gücləri ilə qarşıdurmada olduğunu göstərib. Ilk hədəfi isə dediyimiz kimi, Avropa olub. I.Əliyev ad çəkməsə də, hədəfində kimlərin olduğunu da gizlətməyib: “Bu yaxınlarda keçirilən VII Internet Idarəçilik Forumu özlüyündə bir göstəricidir.
Azərbaycanda bütün azadlıqlar – söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı vardır. Görüşdüyüm bütün dəyərli qonaqlar bunu qeyd edir və gördüyümüz işləri yüksək qiymətləndirirlər. Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi, Interneti idarə edən təşkilatın baş katibi, digər nümayəndələr – onların hamısı Azərbaycanda bu sahədə gedən prosesləri yüksək qiymətləndirmişlər. Ancaq elələri də tapıldı ki, ölkəmizə təxribat törətmək üçün gəlmişdilər. Onların təxribat xarakterli missiyasının üstü açıldı. Elə qüvvələrÿ – ermənipərəst, antiazərbaycan və islamofobiya qüvvələri var ki, uğurlarımızı qəbul edə, inkişafımızı həzm edə bilmirlər. Elə qüvvələr var və biz onları tanıyırıq. Ancaq onların səyləri və bizə qarşı qarayaxma kampaniyaları heç bir səmərə verməyəcək. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanda gedən inkişafı gizlətmək və görməmək olmaz. Biz açıq cəmiyyət yaratmışıq. Bizdə bütün azadlıqlar var.
Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı 65 faizə çatmışdır və biz hər bir kəndə internet xətləri çəkirik. Belə olan halda, hansı mətbuat azadlığınınÿboğulmasından söhbət gedə bilər?! Bu, yalandır, bu, böhtandır. Bu böhtanları yayan, xüsusilə yüksək vəzifə tutan insanlar utanmalıdırlar ki, onlar böhtanla, yalanla məşğul olurlar”.ÿ
Yəqin hər kəsə aydın oldu ki, I.Əliyev bəzi təxribatçılar deyəndə VII Internet Idarəçilik Forumumuna qatılan Avrokomissiya rəsmilərinin Bakıda başına gələn macəranı nəzərdə tutur. Xatırladaq ki, Avropa Komissiyasının vitse-prezident Neelie Kroes Bakıdakı tədbirdə iştirak zamanı kompüterinə müdaxilə edildiyini bildirmişdi. Sonradan bu xəbər dünyanın bir çox aparıcı nəşrlərində, eləcə də “Vaşington Post”da dərc olunmuş və beynəlxalq qalmaqala səbəb olmuşdu. Göründüyü kimi, I.Əliyev Azərbaycanda baş verən bu biabırçılığın bu səviyyədə ictimailəşməsindən əməlli-başlı qəzəblənib. Əks halda, Avropa Komissiyası kimi, nüfuzlu bir qurumun rəsmisi ilə bağlı bu cür ifadələr işlətməz, onu təxribatçı adlandırmazdı. I.Əliyev çıxışının növbəti hissəsində Azərbaycanın digər düşmənlərinin də ünvanını göstərib: “Bizim birinci düşmənimiz erməni lobbisidir.ÿIkinci, antiazərbaycan mərkəzi, islamofobiya xəstəliyinə düçar olmuş qurumlardır, dairələrdir. Onlar da var. Əfsuslar olsun ki, onların sayı getdikcə artır. Onların sayının artması bəzi ölkələrdə keçirilmiş seçkilərdə də özünü əyani şəkildə göstərir. Digər dairələr vardır ki, sadəcə olaraq, kimsə özünü dünya xəritəsində ləyaqətli aparmağa öyrəşməyib. Öyrəşiblər ki, müstəmləkə olsun, metropoliya olsun və bu təfəkkürlə yaşayırlar. Görəndə ki, özünün, necə deyərlər, ləyaqətini həmişə saxlayan, heç kimin qarşısında baş əyməyən, müstəqil siyasət aparan ölkə var, bu da bəziləri üçün bir problemə çevrilir. Yenə bu mərkəzdən də bizə qarşı hücumlar, təzyiqlər başlayır.ÿÇünki üç mərkəz olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik. Çünki bizim, yenə də deyirəm, güclü dayaqlarımız vardır. Bu da Azərbaycan xalqıdır”.
Azərbaycan prezidenti ittiham yağdırdığı qüvvələri hədələməyi də unutmayıb: “Əgər kiminsə xəstə beyninə yenə də gücümüzü sınamaq fikri gələrsə, biz hər zaman layiqli cavab verməyə hazırıq”.
Siyasi şərhçi Rahim Hacıyevin sözlərinə görə, I.Əliyev çıxışının bu hissəsində faktiki Rusiyaya qarşı ittihamlar səsləndirib. Və Rusiyanı müstəmləkə və metropoliya arzusunda olan dövlət kimi təqdim edib. Ümumilikdə isə R.Hacıyev I.Əliyevin son çıxışının Azərbaycan hakimiyyətinin xarici siyasətinin tam iflasının sübutu kimi qiymətləndirir: “Bu, uzun illər ərzində balanslı xarici siyasət kursunun aparılması haqqında fikirlərin uydurma olmasını parlaq şəkildə göstərir. Hakimiyyət özünə hədsiz inam nümayiş etdirməklə beynəlxalq birliyə qarşı sayğısız münasibət göstərərək ölkəni fəalakət həddinə çatdırıb. Vəziyyəti düzəltmək əvəzinə, bu tipli bəyanatlar Azərbaycanı açıq izolyasiyaya doğru aparır. Bu həm də Qarabağ məsələsi kimi, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən problemin ölkəmizin xeyrinə həll olunması şansını kəskin şəkildə azaldır”.