İspaniya polisləri maaşlarının azaldılmasına etiraz edir

Şənbə günü səkkiz minə yaxın polis Madrid küçələrinə çıxaraq əmək haqlarının 5% azaldılmasına və yeni il bayramında maaşlarına edilən əlavənin ləğvinə etiraz edir.
Europa Press agentliyinin məlumatına görə, etirazçıların sayı 11 min nəfəri ötüb. Aksiyada Madrid polisindən əlavə digər şəhərlərdən gələn asayiş keçikçiləri və mülki qvardiya əməkdaşları da iştirak edib. Əllərində «Necə maaş verirlər, elə də işlə. Səninlə necə rəftar edirlərsə, elə də işlə. Hüquqlarımız uğrunda!» şuarları yazılmış plakatlar tutan polislər İspaniya paytaxtının mərkəzi küçəsindən DİN binasına qədər yürüş edib. Xatırladaq ki, 2009-cu ildə də İspaniya polisi analoji aksiya keçirib. O zaman 6 min polis küçələrə çıxmışdı.

Azadlıq.info