Azərbaycanda internet kəsildi

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumata görə, nazirlik ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək:

“Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik”.