Saakaşvilinin daha 9 rəsmisi həbs edilib

Gürcüstan prezidenti Mixail Saakaşvilinin hökümət nümayəndələrindən daha doqquz nəfər həbs edilib, BBC-ninməlumatına görə həbs edilənlərin arasında Daxili İşlər Nazirliyinin üç rəsmisi var. Onlar səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Paytaxt Tbilisinin meri Giorgi Uqulava yeni höküməti “diktatura” olmaqda suçlayaraq bu gedişi pisləyib.
Oktyabr seçkilərində qələbə qazanan yeni Baş Nazir Bidzina İvanişvili isə deyib ki, keçmiş hökümət avtoritar olub və bu həbslər ədaləti bərpa etmək üçündür.
Şimali Atlantika Müqavilə Təşkilatı (NATO) və Avropa İttifaqının rəhbərləri yeni hökümətin və müxalifətin birlikdə işləməsinə çağırış edib.
Ötən həftə keçmiş hökümətin üç rəsmisi, o cümlədən keçmiş daxili işlər naziri Baço Axalaia həbs edilmişdi.