Qəzza sektoru isə Misirin baş nazirin qarşılayır və atəşi davam etdirir
İsrailin həyata keçirdiyi «Bulud sütunu» məliyyatının üçüncü günündə Qəzza sektoru son günlərdə ən intensiv atəşə tutulub. Nəticədə İsrailin müdafiə ordusu «Həmas»ın döyüş qabiliyyətini xeyli aşağı sala bilib. Ancaq bunun qiyməti çox baha oldu: Fələstin tərəfinin qurbanları arasında hətta uşaqlar da var.
Ötən gecə İsrailin anklav ərazisinə 150 raket atıb, ümumilikdə iki gün ərzində Qəzza sektoruna 450 zərbə endirilib. Bu barədə NEWSru Israel məlumat yayıb.
Münaqişə başlayandan fələstinlilər İsrail tərəfə 300-dən artıq raket atıb, bu da üç israillinin ölümünü, 45 nəfərin isə yaralanmasına səbəb olub. Qəzza sektorunda qurbanlarıns ayı xeyli çoxdur. İsrail ordusu raket zərbələrinn hədəflərinin hərbi obyektlər olduğunu desə də, dinc əhali arasında da qurbnlar var. Son məlumatlara görə, Qəzza sektorunda ölənlərin sayı 19-a çatıb, onlardan beş – uşaqlar və hamilə qadındır. Məsələn, BBC müxbirinin bir yaşlı oğlu ölüb.
Fələstinlilər İsrailin cənub ərazilərinə zərbələr endirir. Zərbə altında Aşkelon, Ofakim, Sderot, Aşkod, Eşkol, Bee-Şeva, Kiryat-Malaxi şəhərləri alınıb. Bu ərzilərdə bir çox məktəblərin fəaliyyəti dayanıb, sakinlər şimala köçür. Raketlərin böyük hissəsi qeyri-yaşayış ərazilərinə düşür, yaxud RƏQ tərəfindən vurulur. 1991-ci ildən bəri ilk dəfə olaraq Tel-Əviv hədəfə alınıb.
Misir və Tunis münaqişəyə qoşulub
İsrail hakimiyyəti Qəzza sektorunda yerüstü əməliyyatları keçirməyə hazır olduğunu da bəyan edib. Bunun təsdiq etmək üçün 16 min ehtiyatda olan hərbçilərin səfərbərliyi elan edilib. Ancaq məsələnin dinc yolla həllinə ümidlər qalmaqdadır. Belə ki, bu gün səhər Misirin baş naziri Xişam Kandil Qəzza sektoruna səfər edib. Onun səfəri müddətində İsrail qoşunları atəşi dayandırmağa razılıq verib. Ancaq Fələstinin «Əl-Qüds briqadaları» İsrail ərazilərinin atəşə tututlmasını dayandırmayacaqlarını bəyan ediblər.
Azadliq.info


