Ermənistanın Vardanis (Basarkeçər) rayonunda körpü çöküb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, dağıntılar altında bir neçə nəfər qalıb. Onlardan üçü ölüb. Ölənlərin meyidi dağıntılar altından çıxarılıb. Körpünün uçması nəticəsində daha iki nəfər müxtəlif dərəcədə xəsarət alıb. Körpünün uçmasının səbəbi hələ ki, müəyyənləşdirilməyib.
Ermənistanda körpü uçdu: 3 ölü
•


