Mübariz Məsimov
Nəhayət, dünən hakimiyyət siyasi iradə ortaya qoyaraq qanuni əsasla millətin müxtəlif maraqlı çoxsalı təbəqələrinin tələb, xahiş və istəklərini nəzərə alaraq Tofiq Yaqublunun hökm qanuni qüvvəyə minənə kimi azadlığa buraxılmasına “dobro” verdi. Ümumiyyətlə, ayın 28 – nə təyin edilmiş məhkəmənin hazırlıq iclasının ertələnərək dünənə təyin edilməsini və yuxarıda qeyd etdiyim nəsnələrin hakimiyyət tərəfindən həyata keçirilməsini mübət addım kimi dəyərləndirirəm. Ölkədə gerçək islahatların aparılaraq belə addımların ardıcıl şəkildə atılmasını və bütün siyasi məhbuslrın azad olunmasını arzulayıram. Mən də o qənaətdəyəm ki, Tofiq Yaqubluya qarşı baş verənlər çox ədalətsiz hərəkətlər idi. Və o, törətmədiyi əmələ görə həbs edilmişdi. Və o, canı – qanı bahasına sübut etdi ki, günahsızdır. Millət buna lap əzəldən inanırdı. Və hakimiyyət də buna inanmağa məhkum oldu. Tofiq Yaqublunun bu “cinayət” işi də həbs edildiyi gündən ta məhkəmə hökmü qəbul edilənə kimi silsilə şəkildə maddi və hüquqi prosessual qanun pozuntuları ilə aparılıb. Tofiq Yaqublunun bu cinayət əməlini törətməməsi artıq özlüyündə sübut olunub. İnanıram ki, hakimiyyət özündə güc tapıb ona bəraət verilməsinə maneə olmayacaq. Bu hakimiyyətin məğlubiyyəti yox qələbəsi kimi tarixə düşəcək. Belə müsbət bir tendensiyanın başlanması münasibətilə millətimizə göz aydınlığı verirəm və hakimiyyətin belə addımlarını təqdir edirəm. Amma bununla belə qeyd etməliyəm ki,ilk gündən Tofiq Yaqublunun müdafiəsinə qoşulmuşam. Dünən də məhkəmə binasının qabağında idim. Amma yenə də təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, polis əməkdaşlrı dünən də baş verən bu müsbət addımın fərqində deyildilər. Yenə də məhkəmənin qarşısına yığılan insanları qeyri – qanuni yollarala dəstələrə bölərək avara bəhanələrlə ora – bura qovmaqla məşğul idilər. Dünən jurnalistlər məhkəmə qabağı məndən də bir ziyalı kimi gözləntilərimi soruşurdular. Polislər fikrimi toplayıb münasibətimi bildirməmiş sözümü ağzımda qoydular. Jurnalıstlərlə bir yerdə məni də itəliyə – itəliyə orada uşaqlaşdırmağa cəhd etdilər. Həmin anda imkan tapıb onlara dedim ki, niyə mənim, jurnalistlərin, millətin Konistitision hüquqlarımı pozursunuz. Mənim bir vətəndaş kimi buraya gəlmək, istədiyim yerdə durmaq baş verən hadisələrə münasibət bildirmək hüququm var. Mən indi heç bir qanun pozuntusuna yol vermirəm. Siz hansı əsasla məni, jurnalıstləri itələyirsiniz. Deyirlər polis haqqında qanuna əsasən. Həmin qanunun bəzi müddəalarını itələnə – itələnə onlara xatırladıram:
3- cü maddənin 1 – ci bəndinə görə Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir.
4- cü maddənin 1- ci bəndinə əsasən Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir.
5 – ci maddənin 1- ci bəndinə əsasən Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.
Həmin maddənin 2- ci bəndinə əsasən Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
Həmin maddənin 3- cü bəndinə əsasən Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir.
Həmin maddənin 4 – cü bəndinə əsasən Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir.
Həmin maddənin 6- cı bəndinə əsasən Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur.
Həmin maddənin 7 – ci bəndinə əsasən Polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir.
6- cı maddənin 1 – ci bəndinə əsasən Polis öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada dövlət orqanlarına və əhaliyə məlumat verir.
Və ’ bundan sonra əlavə edirəm. Siz qanunu qorumaq əvəzinə onu pozursunuz. Mən vətəndaş olaraq Sizin qeyri – qanuni tələbinizə niyə tabe olmalıyam?. Siz qanuni tələblə qanunsuz tələbin nə olmasını bilirsinizmi?
Amma dediklərimin heç bir faydası yoxdur. Öz bildiklərini etdilər. Buradan Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvaza Müraciət edirəm. Cənab nazir, lütfən başqa qanunları demirəm, heç olmasa, öz polislərinizə “Polis haqda Azərbaycan Respublikasının qanununu” oxutdurun və ona riayət etdirin.