Misirin baş naziri Hişam Kandil noyabrın 16-da Qəzaya səfər edəcək. Bu barədə açıqlama yayan «Həmas»ın mətbuat katibi Misir tərəfinin onlara bu barədə artıq bir neçə gündür ki, məlumat verdiyini söyləyib. «Həmas» Misir hökumətinin bu cəsarətli addımını yüksək qiymətləndirir. H.Kandilin Həmas lideri İsmayıl Xaniya ilə görüşəcəyi gözlənilir. Bu arada isə Misirin xarici işlər naziri Məhəmməd Kamal Əmr ABŞ-ı İsrailin Qəzaya qarşı atdığı son addımlara münasibət bildirməyə və proseslərə müdaxilə etməyə çağırıb.
azadliq.info


