MM-də sayt qadağası

Parlamentin binasında, deputatların iş otaqlarında “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin saytlarına, eləcə də “Facebook”a girişə qadağa qoyulub. Bu barədə parlamentdə bunu yoxlamaq imkanı olan mənbələrdən biri məlumat verib.
Deputatlardan biri də MM-in 15 noyabr iclasında bu məsələyə toxunub. Deputat ad çəkməsə də, bəzi qəzetlərin saytlarına parlamentdəki iş otaqlarından daxil ola bilmədiklərini diqqətə çatdırıb. O, ümumiyyətlə MM-də internetin sürətinin zəifliyindən də gileylənib.