Qəzzada raket atəşi üç israillini öldürüb

Qəzzadan İsrailin cənubuna atılmış raket atəşi nəticəsində üç adam ölüb.

Raket Kiryat Malaçi kəndində dörd mərtəbəli binanı dağıdıb. Nəticədə iki qadın və bir kişi ölüb, dörd yaşlı oğlan və iki körpə yaralanıb.
İsrail çərşənbə günü Qəzzada Həməs hərbi liderini öldürəndən sonra bu, İsrail tərəfindən ilk tələfatdır.
İsrailin əməliyyatı zamanı çoxu silahlı və bir neçə uşaq olmaqla 11 fələstinli öldürülüb. Bundan sonra İsrailə 130-dan artıq raket atılıb, polis deyir.
Qəzzada silahlılar son həftələr ərzində İsraelə yüzlərlə raket atıb, İsrail isə Qəzzaya hava hücumları endirib.
İsrail deyir ki, Həməsin hərbi qanadının rəhbəri, Qəzza şəhərində avtomobilində ikən öldürülmüş Əhməd Səid Xəlil əl-Cəbəri son on ildə Qəzzadan İsrailə edilən bütün hücumların arxasında dururdu.