Saatlının Hacıqasımlı sakinləri dövlət başçısına müraciət edib
Rayonun Hacıqasımlı kənd sakinləri dövlət başçısı Ilham Əliyevə, “Azərenerji” prezidenti Etibar Pirverdiyevə ünvanladıqları müraciətin surətini redaksiyamıza göndərib. Müraciətdə deyilir:
“Bu il noyabrın 2-dən kənddəki transformator sıradan çıxıb. O vaxtdan işıqsız qalmışıq. Rayon işıq idarəsinə və ”Azərenerji”nin 186 nömrəli “qaynar xətt”inə dəfələrlə müraciət etməyimizə və onların müxtəlif vədlər verməsinə baxmayaraq hələ də problemimiz həll olunmayıb. Bəlkə Siz bir yol göstərəsiz, qaranlığa qalmağımızla bağlı daha kimə və kimlərə müraciət etməliyik?”.
Sosial şöbə