Yığmamız qələbəni son anda əldən verdi
Futbol üzrə Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb. Yığmamız Şimali İrlandiya yığmasının qonağı olub. Belfast şəhərindəki “Windsor Park” stadionunda keçirilən oyunun 5-ci dəqiqəsində Rauf Əliyev hesabı açıb. Oyunun 90+6 dəqiqəsində meydan sahibləri bərabərlik topunu vura bildi. Oyun 1-1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, yiğmanin əsas oyunçularından bir nömrəli əlcək sahibi Kamran Ağayev, kapitan Rəşad Sadıqov, Mahir Şükurov, Əfran İsmayılov və Cavid İmamverdiyev oyunda iştirak etmirdi. K.Ağayev cəza, digərləri isə zədə səbəbindən komandaya kömək edə bilməyib.
“Azadlıq.info”