Misir prezidenti ölkəsinin İsraildəki səfirini geri çağırıb.
Bu addım İsrail qoşunlarının Qəzza sektorunu atəşə tutmasına cavab olaraq atılıb. Bu barədə «Reyter» agentliyi məlumat yayıb.
İsrail çərşənbə günü Qəzza sektorunda yaraqlılara qarşı geniş miqyaslı əməliyyatlara başladığını elan edib. Əməliyyat fələstinli döyüşçülər tərəfində açılan raket atəşlərinə cavab olub. İsraillilər Həmas lideri Əhməd əl-Cabbarini də məhv edib. Ardınca isə Qəzza sektorunda fələstinli döyüçülərinin infrastrukturlarına ardıcıl zərbələr endirilib.
«Azadlıq.info»


