Radikal islam Putini qorxudur

SSRI dövründə radikal islam problem deyildi, ancaq indi postsovet məkanında o real təhlükəyə çevrilir. Bu barədə «Giornalettismo» nəşri yazır. 

Ötən həftə Moskvada qeyri-zorakı yolla panislamist emiratının yaradılmasını təbliğ edən islam azadlıq partiyası olan «Xizb ut-Təhrir əl-İslami» partiyasının altı üzvü həbs olunub. Rusiya hakimiyyətinin iddiasına görə, söhbət paytaxtın müxtəlif məsçidlərində radikal prozelitizmdə ittiham olunan ekstremistlərdən gedir. Həbs edilənlərdə pul tapılıb. «Ləğv edilən bütün islam qruplaşmalarından təhlükənin gəlib gəlmədiyi bilinmir, ancaq Putin rejimi Sovet vaxtında olduğu kimi uzun müddətli həbsə səbəb ola biləcək şübhələrə böyük əhəmiyyət verir. Hakimiyyətin islamçılar tərəfindən gələ biləcək təhlükəni şişirtməsi fonunda Qafqaz regionundan olan radikal qruplaşmaların fəaliyyətinin şimala yayılmasını tendensiyasını qeyd etmək vacibdir. Nəşrin yazdığına görə, əvvəllər məlum olmayan qruplaşmaların fəaliyyəti təkcə Dağıstanda deyil, həcminin Tatarıstan və Başkortıstanda da nəzərə çarpır. Ötən ilin yanvarında Domodedovo hava limanında 35 nəfərin öldüyü terror aktı Putinə ağır zərbə oldu. Putin onların ölümünə görə qisas alacağını vəd etmişdi.

“Azadliq.info”