İlham Əliyev – boyunduruq buyruqçusu

Bir ata arvadını, qızını baltalayıb öldürəndən sonra özünü də öldürüb. Nədən, necə baş verməsindən asılı olmayaraq bütöv bir ailənin olandan olmaza, varlıqdan yoxluğa çevrilməyi Milli itki sayılmalıdır. Son illər Azərbaycanda bu sayaq itkilər geniş yayılmaqda, geniş yayılması üzündən də sayalaşmaqdadır. Bu sayaq itkilərin geniş yayılmasının da, saya xarakter almasının da kökündə ölkədəki yiyəsizlik, özbaşınalıq faktoru durur. Bəlli olduğu kimi, hər bir ölkənin başlıca var-yatırı da, başlıca güc qaynağı da onun adamlarıdır – xalqdır. Ancaq… ölkənin başında o başlıca var-yatıra, o başlıca gücə YAĞI kimsələr dayananda var-yatırın yerini yoxluq-yoxsulluq, gücün yerini gücsüzlük tutur – indiki Əliyevlər Azərbaycanında olduğu kimi!
Xalqa yararlı, effektli qanunlar baxımından bütünlüklə yararsız parlamentin yetkililərindən olan Z.Əsgərov ata-oğul Əliyevlərdən aldığı estafetə uyğun olaraq Azərbaycan xalqına kələk, ermənilərə xox gəlir: çox o yan, bu yan eləsəniz, sizə verdiyimiz torpaqları geri alarıq. Soruşan gərək: hansı xalqla – hansı güclə? Rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq yoluyla milyardlarını oğurlayıb diz çökdürdüyünüz xalqla? Güclü ordudan danışırsız. Güclü ordunu yalnız güclü xalqla yaratmaq olar, “Belarus” traktoruna qoşulan Belarus tanklarıyla yox!
Yaxınlarımızdan birinin uşağı Milli Orduya düşüb. Noyabrın 12-də keçirilən andiçmə günü ilə bağlı, atası bir neçə gün qabaq uşaqla danışıb: “Gələndə sənə nə gətirək?”
Uşaq ağlamsınaraq bildirib: “Bit dərmanı!”
Ideya-mənəvi baxımdan BIT içində olan bu hakimiyətin xalqa, onun MILLI ORDUSUNA qazandırdığı budur! Z.Əsgərov, onun ali baş komandanı göstərdiyim fakta inanmırsa, onlara faktın konkret yerini deyə bilərəm. Belə faktlarsa N saydadır. Bir daha deyirəm: mən indilikdə konkret olaraq birinin yerini bildirərəm.
Bir qrup qrant-mrant adamı yazının başlanğıcındakı faktla bağlı I.Əliyevə yekə bir başvuruda bulunub: “…Sizdən xahiş edirik ki, bu cür halların qarşısının alınması üçün icra mexanizminin gücləndirilməsi, məsuliyyətin artırılması üçün müvafiq göstərişlər verəsiniz”. Kərəminə şükür, ilahi, kimlərin əlində qalmışıq: hansı hüquq savçılarının, necə “təmiz dünya” adamlarının?! Düşüncəyə, baxışa, prinsipə bax: anti-milli, anti-demokratik rejim siyasətlərindən qaynaqlanan gerçək SOYQIRIM faktlarına bunların yanaşması budur: “icra mexanizminin gücləndirilməsi… məsuliyyətin artırılması… müvafiq göstəriş…”
Rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirən, PULLU seçim yoluyla “parlament” formalaşdıran, məhkəmələri siyasi sifariş mexanizmi ilə alverxanaya dönüşdürən, “işgəncə krallarını” yüksək postlara qaldıran, 19 ildən bəri atası ilə birgə soyub yağmaladığı ölkədə “icazəsiz mitinqlərə” fantastik cərimələr kəsməklə xalqın dilini-ağzını bağlamağa, bu yolla onu “əbədi” ağalığının “əbədi” olaraq SUSQUN qullarına çevirməyə çalışan kimsədən bunların gözləntisinə bax! Belə gözləntilər indi necə də gülünc, necə də DÜŞÜK gözləntilərdir!
Ilham Əliyev özü ölkədəki SOYQIRIM görsənilərinin başında durmursa, onun rejiminə bağlı bütün televiziyalar, qəzetlər nəyə görə yalnız yalana qulluq eləyir; nəyə görə hüququ qoruma orqanları xalqın hüquqlarını tapdamaqla rejimi qoruma orqanlarına çevrilir; xalqın adına bağlı Anti-milli Məclis nəyə görə “icazəsiz mitinqlər” adı altında xalqı susdurmağa yönəlmiş mürtəce qanunu çıxarır? Xalqın yoxsulluq içində yolsuzluğa yuvarlandığı ölkədə prezident adlanan kimsənin təkcə ofşor zonalara 48 milyard dollar ötürməsi nə deməkdir? Yalançı başvurular, düşük gözləntilərlə xalqı aldatmayın!