Eldar Mahmudova Parlamentdən komromat niyə lazım idi?

Milli Məclisdə bütün “Mahmudovçular” vuruldu.

Sahibə Qafarova Parlament sədri kimi respublikanın çətin karantin günlərində işə başladı. Belə ağır məqamda hər kəsi maraqlandıran bir sual var: Parlament hansı yeniliklərlə yola davam edəcək? Şübhəsiz, “dəyişiklik” deyəndə, ağla gələn ilk məsələ kadrlarla işdir. Çünki illərdir ölkənin qanunverici orqanı olan parlamentin işini axsadan məhz yanlış kadr seçimidir. Təsəvvür edin, Ali qanunverici orqanın başında Eldar Mahmudovun aqenti işləyirdi. “Aqent” özünü də “buraxdı”, o boyda Parlamenti də biyabır etdi. Tarixdə birinci dəfə Azərbaycanda Milli Məclis buraxıldı. Bunun fitili və əsas səbəbi Əsədovun xaricdə məlum biznesləri. Xalq biyabırçı parlamentin buraxılmasını tam dəstəklədi.


Parlamentdə isə kadr axsaqlıq illərdir həm məclisin deputat komandasında, həm də Parlament aparatının işində özünü açıqca göstərir. On illərdir ölkənin ən aparıcı orqanlarında yer tutan təsadüfi adamların üzündən siyasi idarəetmə bərbad duruma düşüb və xalqın bu qurumlara inamı tamamilə sıfıra enib. Əsas səbəb də, bilirsiniz, nədir? Səbəb odur ki, bu kadrların işə qəbulunda heç bir şəffaflıq yox idi. Mahmudovun bir sözü ilə adamlar şöbə müdiri təyin olunurdu. İndiki Parlamentdə kimin hansı keyfiyyətlərinə görə mühüm postlara götürüldüyünü az-çox hamı bilir. Hamı bilirdi ki, bu seçim zamanı şəxsi münasibətlər və pul ön plana, insanların peşəkar kimi fərdi qabiliyyətləri, bilik və bacarıqları isə arxa plana keçir. Nə yazıq ki, xalq olaraq uzun illərdir başqa sahələrdə olduğu kimi, parlamentdə də bunun fəsadlarını yaşayırdıq. Xalq içində zarafat edirdilər: “Bizdə striptiz məclisi var, Milli Məclis çoxdan da yoxdur…” Adam bilmirdi gülsün ya da ağlasın. Yeni spiker Sahibə Qafarovanın bu imici artıq dəyişməyə başlayıb, yeni xanım-spikerin tapşırığı ilə hər ay Milli Məclis tərəfindən patriotik video-mesajlar yayılır. Xanım-spiker yarım il ərzində Milli Məclisin media sahəsində inqilab etdi. Düzdür, bu o demək deyil ki, MM deputatların keyfiyyəti çox dəyişildi, lakin xanım-spikerin işi ğöz qabağındadır.

Qarabağda vuruşmayan “General”…

Uzun illərdir parlamentin “vəzir-xanımı” vəzifəsini Oqtay Əsədovun qeyri-rəsmi həyat yoldaşı tuturdu. Sahibə Qafarova vəziyyəti anlayan kimi, sözügedən xanımı işdən azad etdi. Oqtay Əsədov onun üçün general rütbəsini aldırıb. Milli Məclisdə bununla əlaqədar böyük narazılıq olmuşdur. Kulis arxasında hamı bunu müzakirə edirdi. Əsədovun katibəsinə dövlət qulluğu müşaviri, yəni loru dilində desək qeneral rütbəsi hansı xidmətlərinə görə verilib, bilən yoxdur. General rütbəsini ona ölkə Prezidenti verib. İndi isə məlum olub ki, Əsədov ölkə Prezidentindən katibəsi üçün növbədənkanar qaydada dövlər qulluğu “general” rütbəsini xahiş edəndə onu aldatmışdır və Prezident bilməyib ki, növbədə diqər adamlar var idi. Bəlkə bu xanımın hansısa fövqəladə qabiliyyətləri var, bizim xəbərimiz yoxdur. Dövlət vəzifələrini bu şəkildə oyuncağa çevirmək və istismar etmək hansı qanuna sığır? XDMX-nin rəhbərliyi isə Oqtay Əsədovun məşhur mühafizə rəisi Rəşadı işdən azad etdi. Rəşad Parlamentin binasında, bəzi deputatlar haqda kompromat hazırlayırdı və bəzi deputatların otaqlarında onları qulaq asdırmaq üçün xüsusi texniki cihazlar quraşdırırdı. Məhz bu hərəkətlərə görə Parlamentin keçmiş sədrini MM deputatların əksəriyyəti xoşlamır.

Mahmudova kompomat niyə lazım idi?

Bu sualın cavabını yalnız Mahmudovun özü verə bilər. Eldar Mahmudov Azərbaycan xalqının düşüncə tərzini, özəlliyini yaxşı bilirdi. Çünki DİN-nin və MTN-nin qaranlıq dəhlizlərində 20 il yetişdirilmişdi. Xəyanət necə edilir, xalq necə ovlanır, idarəetməyə, cəmiyyətə, qruplara necə nifaq salınır – bunları gözəl bilir, bacarırdı. Dövlət çevrilişini etmək üçün topladığı pulları da bu istiqamətdə sərf edirdi. Bu pullara Beynəlxaq bankın pulu da əlavə olunmuşdu və onların hamısı Əliyev hakimiyyətini devirmək üçün xərclənirdi. Mahmudov öncə döyüş bölgəsində adlarını xalqın yaxşı bildiyi, iki güclü hərbçini ya öz tərəfinə keçirməli idi, Parlament isə onun “cibində” idi. Parlamentin sədrindən tutmuş adi işçilərə gədər-Mahmudovçu idilər. Ölkəni də öz arzularında bölmüşdülər. Əsədov isə Mahmudov üçün faydalı “axmaq idi”, keçmiş spikerin bu işdə çox balaca rolu var idi. Artıq yazmışdıq, Mahmudovun spetsnazı Administrasiyanı, AZTV-nin, DİN-nin binasını götürəndə, Parlament növbədənkanar iclas elan etməli idi və fövqaladə vəziyyət elan edib hakimiyyəti MTN şefinə ötürməli idi. Bu planı bir neçə nəfər çox ciddi müzakirə edirdi.



Azərbaycanı səhraya çevirən “Azərsu”da həbslər dalğası gözlənilir

MM-nin ədalətsiz işdən azad olunmuş sektor müdiri Rahim Axundov Oqtay Əsədovu məhkəməyə verib və onu teledebata dəvət edib. Niyə də yox? Virtual deputa Abşeron camaatını çoxlu sualları var. Qeyd olunmalıdır ki, Rahim Axundovun sözlərinə görə “özünü buraxmiş” keçmiş spiker Əsədov MM-nin peşakar kadr bazasını məhv etmişdir. Diqər tərəfdən, Qorxmaz Hüseynov da “Azərsu”da bütün yeyintilər və korrupsiya faktları ilə bağlı O.Əsədovu gunahkar bilir. “Azərsu”da iddia edirlər ki, Oqtay Əsədovun gardaşı Nazim Əsədov diqər qohumlarla birlikdə “Azərsu”yun büdcəsini talan ediblər. Qorxmaz Hüseynovun ətrafı dəfələrlə qeyd edib ki, “Azərsu” ASC-ni Əsədovun ailəsi “çökdürüblər”.

Parlamentdə dəyişiklik olacaq?


Bu ölkədə deputat olan hər kəs artıq anlamalıdır ki, vəzifə ona babasından qalan vərəsəlik haqqı deyil. Ona etimad edilən kürsü ən peşəkar insanlardan komanda qurub xalqa xidmət etmək üçün verilib. Kürsüdən sui-istifadə etmək, öz bacarıqsız dost-tanışlarını ətrafa, Parlamentə toplayıb dövlətin resurslarını israf etmək ədalətsizlik və namussuzluqdur. Bu ölkədə yeni düzən qurmağın, Parlamentə yalnız bacarıqlı insanları, haqq edənləri irəli çəkməyin zamanı çoxdan çatıb. Bu vacib məqam yeni işə başlayan parlamentin fəaliyyətində də əsas prioritet olmalıdır. Çünki parlament hər bir ölkənin qan damarıdır. O damar normal işləməyəndə bütün başqa orqanların da fəaliyyəti pozulur.

Araşdırmalar zamanı bir ciddi faktla rastlaşdıq. Parlamentdən bir neçə nəfərin “sifarişi” verilib. Bunu Mahmudov və Milli Məclisdə oturan oliqarxlar edirdilər. Görəsən, reformalarla tanınan yeni sədr oliqarxları və Məclisdə oliqarxiyaya son qoya biləcək?