Daha bir AXCP üzvü həbs edilib

Çərşənbə günü polis Xalq Cəbhəsi Partiyasının digər fəalı Rəşid Turabovu saxlayıb. Bu barədə  AXCP-dən bildiriblər.

O saxlanılıb və naməlum istiqamətə aparılıb.

Bundan əlavə, iyulun 22-də partiyanın digər üzvü Fərrux Əliyev 30 sutka həbs edilib. Lakin onun nədə ittiham edildiyi məlum deyil.

Bundan başqa partiyanın öncə saxlanılmış üzvü Ayaz Məhərrəmliyə qarşı iyulun 14-15-də Milli Məclisin qarşısındakı iğtişaşlarla bağlı cinayət ittihamı irəli sürülüb.

Turan