AXCP RH üzvü Fuad Qəhrəmanlı
Özünü cəmiyyətdən bu qədər təcrid edib, zordan aslı hala salmaq, bir hakimiyyətin özünə edə biləcəyi ən böyük pislikdir. Görəsən iqtidardan kimsə14 iyul xalq nümayişinə qatılanlara qarşı dövlət başçısınln göstərişi ilə başladılan represiyaların nəticəsini soyuq başla hesablayıbmı?
14 iyulda küçəyə çıxanların 99 faizi heç bir siyasi mənsubiyyəti olmayan, yalnız şəhidlərimizin qisasının alınmasını istəyən və əvvəllər hakimiyyətə qarşı keçrilən etiraz aksiyalarında iştirak etməyən gənclər idi. Bu gənclər əksəriyyəti heç Xalq Cəbhəsinin təbliğat auditoriyasına da daxil deyildi.
Ancaq nə baş verdi, hakimiyyət nə etdi? Xalq Cəbhəsinə olan hikkə və nifrət üzündən, bu qədər böyük sayda gəncin qatıldığı prosesi özünə qarşı çevirdi. O gün meydana Qarabağ və şəhidlər üçün çıxmış insanlar cəmiyyətin iqtidara uzatdığı əl idi, milli dəstək idi. Qarşılığında isə su şırnağı, gözyaşardıcı qaz, polis zorakılığı. Bu qədər insanı özünə qarşı narazı salımaqda iqtidar nə əldə etdi? Ən müxtəlif sosial təbəqələrin narazılığını qazanmağ, onları məyus etməyə dəyirdimi? Halbuki, bu insanlara rəğbət və əl uzatmaq tam əks effekt verib, böyük ictimai dvident qazandıra bilərdi. Normalda, bu elə müxalifətdən olan rəqibləri qarşısında, hakimiyyətin mövqeyini gücləbdirməyin ən ağıllı yolu olardı.
Gələk Xalq Cəbhəsi məsələsinə. Xalq Cəbhəsinin 10-15 və ya daha çox üzvlərini həbs etməklə bu təşkilatı bitirmək olarmı? Axı cəmi il yarım öncəyə qədər AXCP sədrinin bütün müavinləri, RH nin yarısı həbsdə idi. Nə oldu o zaman AXCP-ni bitirmək oldumu? Bu təşkilat 27 ildir ki, onsuz da davamlı olaraq həbslər şəraitində, qərargahsız – ofissiz fəaliyyət göstərir. Ona görə də başqaları ilə birgə 5-10 nəfər yürüşdə iştirak etmiş cəbhəçini əsasız olaraq həbs etmək, bundan əvvəlki həbslər kimi əks effekt yaradacaq. Bu təşkilata qarşı ictimai rəğbəti artıracaq, renimdən narazı insanlara hakimiyyət öz əsas rəqibinin ünvanını göstərmiş olacaq.
Xalq Cəbhəsinin Ermənistan təcavüzünə qarşı “ordumuzun və dövlətimizin yanındayıq” bəyanatından sonra cəbhəçiləri həbs etmək, həm də xalqın gördüyü böyük bir haqsızlıqdır. Bu bütün cəmiyyətin gözü qarşısında təkcə bir partiyanı deyil, haqı, ədaləti hədəf seçmək deməkdir. Ona görə də bu prosesləri dərhal durdurmaq gərəkdir .
Qarşıdan çox ağır bir mərhələ gəlir. Rusiyanın gepoitik təzyiqləri, Ermənistanın təcavüzkar mövqeyi, beynəlxalq arenada təcrid olunmağımız, daxildə pandemiya və sosial iqtisadi durumun kəskinləşməsi, yenidən milli həmrəyliyə ehtiyac yaradacaq.