Qardaş ölkənin döyüş təyyarələri Suriya təyyarələrini vurmağa hər an hazır olacaq
Suriyada hökumət qüvvələrinə məxsus təyyarələr Türkiyə ilə sərhəddə yerləşən Rəsulayn şəhərini bombalamağa davam etdiyi üçün Türkiyə də bölgəyə döyüş təyyarələri göndərib. Diyarbəkir vilayətində yerləşən 2-ci Hərbi-Hava Qüvvələri Komandanlığına məxsus aviabazadan 5 ədəd F-16 döyüş təyyarəsi havaya qalxıb və Suriya sərhədinə doğru yönəlib.
Təyyarələr Suriya təyyarələrinin Rəsulaynı bombalaması zamanı Türkiyə hava məkanını pozmamasına nəzarət edəcək. Əks təqdirdə, silah-sursat yükü olan Türkiyə təyyarələrinin Suriya təyyarələrini vurmağa hazır olduğu bildirilir.


