Yuzlərlə insan gecəylə Lökbatandan yürüşə başladı, Çevik Polis Alayı qarşılarını kəsdi; Onlarla həbs edilən var…

İyulun 12-dən 13-ə keçən gecə bir neçə yüz insan “Qarabağ!” şuarı ilə (iyulun 12-də Tovuz istiqamətində atışmanın baş verməsi və 3 hərbçimizin şəhid olması fonunda) Lökbatandan yürüsə başlayıblar. Onların son ünvan olaraq hara yürümək istədikləri bəlli olmayıb, çünki yolboyu fərqli ünvanlar səsləndiriblər. Polislər bir neçə yerdə onları dayandırmağa çalışıb, amma dayandıra bilməyib. Lakin Binə Ticarət Mərkəzinin yaxınlığında Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun və DİN-in yüksək səlahiyyətlilərinin müşaiyəti ilə Çevik Polis Alayı yürüşün qarşısını kəsib və aksiyaçıları həbs edib. İlkin qeyri-rəsmi məlumatlara görə, 40 nəfərdən çox saxlanılan var.
Azadlıq.info