
AXCP sədrinin müavini Seymur Həzi
Azərbaycanda bir dəstə adam peyda olub, ictimai panika yaradırlar ki, dövlətçilik təhlükədədir. Hamısı da İlham Əliyevə dəstək ssenariləri təklif edirlər. Güya bunlar dövlər adamlarıdır. Kimliyindən asılı olmayaraq bu təşəbbüsə qoşulan adamlar hakimiyyətin oyununda yer alıblar. Bunu məntiqlə sübut edək.
- Əgər Azərbaycana Rusiyadan təzyiq və təhdid varsa, Azərbaycan hakimiyyəti niyə AB ilə, ABŞ la daha yaxından işləmir, Şərq Tərəfdaşlığı proqramı üzrə sazişləri imzalamır? NATO ilə yaxınlaşmır? (Deməli Rusiyadan bir təhdid görmür)
- Belə bir təhlükə varsa, bu özünü nədə və necə ifadə edir?
- Rusiya təbii ki, Azərbaycanı işğal etmək istəmir, o zaman nə etmək istəyir? Hakimiyyəti dəyişmək istəyir? Bu ki absurddur. Kremlə bu hakimiyyətdən daha yaxın komanda yoxdur.
O zaman hardan qaynaqlanır bu həyacan ssenariləri?
Görünür ki, gərgin sosial vəziyyətin və pandemiyanın yaratdığı böhranı idarə edə bilmıdiklərini hakimiyyətdə hamıdan daha yaxşı dərk edirlər. Xalqın cidi etirazları ilə üzləşəcəklərini bilirlər. Buna görə də özlərinə kənardan dəstək komandası qururlar. Onlardan bir çoxu az çox ictimai etimad qazanmış şəxslər kimi tanına bilərlər. Amma hazırkı dönəmdə hakimiyyəti qorumaq üçün dövlətin əldən gedəcəyini bəyanlayıb xalqda müharibə xofu yaratmaq cəhdlərinin eybəcərliyi çox aydın görünür.