Bakıda ağır yol qəzası, ölənlər var

Bakının Sabunçu rayonu ərazisində ağır yol qəzası olub.
Milli.Az-a hadisə şahidlərinin verdiyi məlumata görə, bu gün saat 20 radələrində Sovxoz adlanan ərazidə “VAZ-2107” və “QAZ-21031” markalı avtomobillər toqquşub. Qəza zamanı “07”də olan sürücü və sərnişin dünyasını dəyişib.

Sabunçu Rayon Polis İdarəsi Milli.Az-a faktı təsdiqləyib.

Bildirilib ki, araşdırma aparılır.