Ən kasıb rayonun deputatı Nyu-Yorkda pentxauz almaq istəyirdi

İndi anlamaq olar niyə pandemiya dövründə “Azərsu” ASC-nin xalqı susuz qoyub…

Milli Məclisin keçmiş spikeri, susuz qalmış Abşeronun deputatı Oqtay Əsədovun həyat yoldaşı və Rusiyada striptiz şəbəkəsinin sahibi Zemfira Əsədova 2009-cu ilin martında Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1.825.000 dollar olan ikiotaqlı mənzili (2017-ci ildə mənzilin bazar qiyməti 3.5 milyon dollara qədər artıb) almaq barədə Douglas Elliman Real Estate əmlak şirkəti ilə razılaşma əldə edib.

Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsində məlumat verib. O əlində olan faktları sadalamaqla bunları bildirib: “Müqaviləyə görə Oqtay Əsədovun Bakı şəhəri, Xəqani küçəsi 25-də qeydiyyatda olan xanımı Zemfira Adil qızı Əsədova Nyu-York, Manhatten, 243 W 60th St APT 3B ünvanındakı mənzil üçün məbləğin ilkin 182.500 dollarını onu imzalayarkən, qalan 1.642.500 dollarını isə əmlakın alıcının adına keçirilməsindən sonra ödəməli idi. Vəsait JPMorgan Chase Bank üzərindən Belkin Burden Wenig & Goldman, LLP-nin hesabına ödəniləcəkdi. Lakin müqavilə hazırlansa da, bəlli olmayan səbəblərdən Əsədovlar mənzili son anda almaqdan imtina ediblər və mənzil həmin ilin avqustunda həmin qiymətə başqa bir şəxsə satılıb. Bununla belə Əsədovlar ölkə xaricində bahalı mülk almaq sevdasından vaz keçməyiblər və bir müddət sonra keçmiş spikerin ailəsi bu istəklərini Türkiyədə reallaşdırıb”.

Maraqlısı odur ki, dünən Abşeron rayonunda prokurorluq tərəfindən korrupsiya faktına görə bir neçə nəfər həbs olunub. Abşeron rayonu respublikanın ən kasıb rayonlardan biridir, rayonda su təchizatı ilə ciddi problemlər var.


Eks-spikerin həbsi istənilir. Musa Musayev və Rəhim Axundov Əsədovu günahkar bilirlər.

MM-nın aparatından sızan məlumatlara görə, Parlamentdə vəziyyət dəyişməyə başlayıb: “Məsələn, Sahibə Qafarova öz reputasiyasını qoruyur, hamı ilə hörmətlə danışır. Buraxılmış Parlamentin keçmiş spikeri Əsədov isə Parlamentdə Prezident Əliyevi biyabır edirdi, onun adından deputatlara yalanlar danışırdı, eyni zamanlar onun adından vədlər verirdi. Bunu artıq Milli Məclisdə bilməyən yoxdur.”



Parlamentdə diqər mənbələrdən alınan məlumatlara görə, Əsədov MM-də şaiyə buraxmışdır ki, İlham Əliyev deputat Siyavuş Novruzov barədə demişdir ki, “Siyavuş kənddə iki eşşəyin arpasını bilmirdi, biz isə onu deputat etdik”. Ya da ki, deputat Zahid Oruc barədə Əliyev güyə deyib ki, o “abırını yeyib, həyasını da belinə bağlayıb”. Daha sonra, Parlamentdə Naxçıvan klanın nümayəndələri haqda, o cümlədən Adil Əliyevin haqqında xoşa gəlməyən sözlər demişdir. Onun rəhbərliyi vaxtında gerçəkdən bizim parlamentin analoqu yox idi. Xalqı, hakimiyyəti belə rüsvay etdilər ki, tarixdə birinci dəfə Parlament buraxıldı. İnsanlar Moskvada priton işlədən, dünyanın müxtəlif yerlərində Türkiyədən Monteneqroya qədər dəyəri milyonlarla ölçülən varidatı üzə çıxan spiker ailəsinə və diqər deputatlara qəzəbli idilər. Sosial şəbəkələrdəki emosiyalar səngimək bilmirdi, ictimaiyyət parlament başçısının habelə diqər deputatların bu varidatı hansı yollarla əldə etməsi ilə bağlı açıqlama tələb edirdi. Düzdür, nəticədə, Məclisin sədri sarkastik desək, “divan” boyda öz kreslosunu itirsə də, diqər deputatlar da cazalandırılsa da, lakin nə eks-spiker nə də ki, diqər eks-deputatlar hələ ki həbs olunmadı. Məsələn, ədalətsiz işdən azad olunmuş Rahim Axundov spikerin həbsini istəyir, keçmiş deputat Musa Musayev isə açıq etiraf edir ki, Alı Qocayev və Oqtay Əsədov ona qarşı intriqa qurmuşdular.

Amerika Birləşmiş Ştatlarının diplomatiyası da Milli Məclisdən qanunsuz olaraq təhdid yolu ilə işdən məcburi ərizə ilə çıxarılan Rahim Axundovun müdafiəsinə qalxdı. Rahim Axundov isə Abşeronun deputatı O.Əsədova dedi ki: “Oqtay Əsədov sən qanunsuzluq edəndə özünü kim hesab edirdin? Yerini bil!”


Niyə Baş prokuror Kamran Əliyev açıqlama vermir?


Artıq bir neçə gündür mediada ciddi müzakirələr gedir ki, Abşeron deputatın qohumu, Bakı şəhər prokurorun müavini Mehman Qocayev Samuxda camaatı incidir. Camaatın fermasını əlindən alıb öz adlarına keçirdirlər. Amma baş verənlərlə bağlı prokurorluq orqanları hələ də susur. Bu üstündən sükutla keçilib gediləsi xırda bir məsələ deyil. Prokuroluq paytaxtımızın prokuror müavini Mehman Qocayevin daşınmaz əmlakı və biznesi ilə bağlı ictimaiyyətə açıqlama verməlidir. Həm də təkcə o biznesi, fermaları və əmlakı ilə bağlı deyil, eyni zamanda sahib olduğu lüks avtomobilləri da. Prokurorluq orqanlarında vəzifə tutan şəxslər üçün də xüsusi davranış kodeksi olmalıdır axı. Hansı kodeks bir Bakının prokuroruna Samuxda mal-qara ilə fermalarda vaxt keçirməsinə icazə verər görəsən? Yoxsa Mehman Qocayevin davranış qaydalarını Çakır ailəsində olan Türkiyəli biznes şərikləri müəyyən edir, həqiqətən? Bəlkə deyəsəniz, prokurorluq orqanları nə vaxtdan Erqenekonçuların xidmətçisinə çevrilib?

Vallah, nə deyək… Abşeronda su yoxdur, Abşeronun deputatı isə Nyu-Yorkda pentxaus almaqa cəhd edir. Sonra deyirsiniz, bu xalq niyə Prezident Əliyevin karantin tədbirlərinə inanmır?