Alı Qocayevin ailəsində qalmaqal. İcra başçısının ailə üzvü bütün sirrləri açır.

Samuxluların pullarını başçının ailəsi İsvecrədə, Türkiyədə, Dubaida xərcləyir…

Tanınmış araşdırmaçı jurnalist Cavanir Həsənli Alı Qocayevi ifşa edib: “Samuxun icra başçısı Alı Qocayev rayonun Ziyadlı kəndində böyük ferma sahibidir. İcra başçısı fermanı Binəqədi rayonundakı 217 saylı məktəbin direktoru vəzəfisində çalışan xanımı Bənövşə Cəfərova Əkbər qızının adına rəsmiləşdirib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən təqdim etdiyim çıxarışda qeyd olunur ki, Alı Qocayevin həyat yoldaşı 2017-ci il ildə Samux rayonunun Ziyadlı kəndində 3 hektar ərazidə sahəsi 372 kvadratmetr olan tövlə tikdirib. Yəqin ki, Qocayevlərin heyvandarlıq təsərrüfatı 3 hektar sahəsi olan ferma ilə məhdudlaşmır. Fermanın ən azımdan bundan qat-qat artıq örüş və biçin sahələri olmamış deyil. İcra başçısının həyat yoldaşı 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının üzvüdür.”

Belə ki, yeni qalmaqal, yeni sirrlər və yeni faktlar üzə çıxır. Samuxun başçısı Alı Qocayevin ailəsində növbəti qalmaqal baş verir. İcra başçısının oğlu Mehman Qocayev və kürəkəni Nəsib Şamilov öz kirvələri olan Məhəd Həsənovu aldadaraq pulunu mənimsəyiblər. Məhəd Həsənov Mehman Qocayevi, Nəsib Şamilovu və Alı Qocayevi dələduzluqda ittiham edir. Məhəd Həsənov Qocayevlərin faktiki olaraq ailə üzvü sayılırdı. İddiaya görə, Samuxda maldarlıq və quşçuluq təsərrüfatları ona görə məhv olur ki, icra başcısının ailə üzvləri camaatın qanuni yerlərini zəbt etməklə məşğuldular. Belə ki, Qocayevlər Samuxda iş adamlarına qan uddururlar, vəziyyət isə bu yerə çatıb ki, camaat onların əlindən qonşu Gürcüstana bizneslə məşğul olmaq üçün köcür. Qocayeyin oğlu isə, Bakı şəhər prokurorun müavini Mehman Qocayev, iş adamları üçün maneələr törədir.

M.Həsənov KİV-lər vasitəsilə Prezident İlham Əliyevə və Vitse-Prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Qocayevlər haqda bilmədiyimiz şeylər açıqlandı. M.Həsənova deyilib ki, başcının prokuror oğlu Mehman Qocayev ümumiyyətlə toxunulmazdır, ona görə ki, o prokurorluqda işləyir. Məhəd Həsənovun sözlərinə görə: “Toxunulmazlıq, onun peşəsi ilə bağlı olan toxunulmazlığıdır. Yəni prokuror mövqeyinə görə daha çox qorunmalıdır ki, öz işini görə bilsin. Prokuror toxunulmazlığı o demək deyil ki, bütün qanunları pozasan, Samuxluların maldarlıq biznesini məhv edəsən, sonra da deyəsən ki, mən toxunulmazam. Toxunulmazlıq bir çərçivədir və buna da hər kəs hüquqa hörmət göstərərək bağlı qalmalıdır. İkincisi, Mehman Qocayev rəsmi olaraq bir neçə ölkədə iş adamı kimi fəaliyyət göstərir. Axı o necə prokuror işləyə bilər?”

M.Həsənov Qocayevlərin ən yaxın adamlarından biri olub. Birlikdə iş qururdular. M.Həsənov Qocayev ailəsinin ən etibarlı adamı idi və onlar birlikdə yeni projelə ilə bağlı icarəyə 4 mərtəbəli bina götürdülər. Bütün mülk M.Həsənovun adına sənədləşdirildi. 2 il qabaq isə təmir işləri yekunlaşdı. Müqaviləyə görə, idarəcilik M.Həsənovda qalmaq şərti ilə qazancın 70%-i Qocayevlərə, 30 %-i M.Həsənova verilməli idi. Qocayevlərin obyektin idarəçiliklə bağlı heç bir səlahiyyəti yox idi. Bu obyektdən başqa Qocayevlər Samuxluların puluna diqər milyonluq obyektlər alıblar. M.Həsənovun sözlərinə görə Qocayevlər öz mülklərini diqər şəxslərin adına rəsmiləşdirirlər ki, ölkə Prezidenti bilməsin. Türkiyədən tutmuş Avropaya, Ərəb ölkələrinə qədər. İş başlayanda Həsənov və Qocayevlər arasında mübahisə yarandı. İcra başcısı Alı Qocayev tələb etdi ki, idarəçilikdə qızı Sevinc Qocayeva təmsil olunsun və diqər qohumların payı artırılsın. Məhəd Həsənov isə deyib ki, Alı Qocayevin Samux camaatına qarşı etdiyi bütün cinayyətləri ictimaiyyələşdirəcək.

Məhəd Həsənov qeyd edib ki, onun icazəsi olmadan, tamamilə qanunsuz şəkildə, Alı Qocayevin qızı Sevinc Qocayeva və qidər qohumları şirkətdə işlə təmin olunub. M.Həsənov rayona istirahətə gedəndə Qocayevlər obyekti zəbt ediblər. Daha sonra, M.Həsənova zəng ediblər və deyiblər ki, müqaviləyə xitam verilir. Sonra, Qocayevlər M.Həsənova və ailəsinə hədə-qorxular gəlməyə başladılar. Lakin, M.Həsənov heç nədən qorxmur, ona görə ki, Qocayevlər dələduz və rüşvətxordular və xalq bunu bir gün görəcək.



Bakı şəhər prokurorun müavininə məxsus İstanbulda Bentli, Dubaida Lamborgini, Bakıda avtomobil kolleksiyası və daha nələr…

Qeyd etdiyimiz kimi, maraqlısı odur ki, başçının oğlu Mehman Qocayevin bu qədər mükləri və biznesləri olsa da, o prokurluq orqanlarında işləyir. Bununla bağlı hələ də nə Baş prokuror Kamran Əliyev, nə də ki prokurorluqun mətbuat xidməti açıqlama verməyiblər. Kamran Əliyev “prokuror” işləyən Mehman Qocayevin Samuxda, İstanbulda, Dubaida və diqər ölkələrdə bizneslə məşğul olması ilə əlaqədar nə düşündüyünü xalq və Samuxlular bilmək istəyir? Hal-hazırda, bir neçə araşdırmaçı-jurnalist ulduz statuslu iş adamın, Çakır ailəsinin və Mehman Qocayevin biznesi ilə bağlı reportaj hazırlayırlar. Lakin, prokurorluqu bu rüsvayçı səviyyəyə salmış birinin məsuliyyətdən kənarda qalacağına kimsə ümid etməsin. Hər kəsin əməlinə görə cavab verəcəyi gün uzaqda deyil. Bunu ölkədə və Samuxda gündən-günə artan narazılıq da sübut edir.


M.Həsənovun sözlərinə görə Qocayevlər Əsədovların yaxın qohumları olsalar da, bir çox bizneslərdə şərik olsalar da, Qocayevlər Əsədovları xoşlamırlar, aralarında səmimiyyət yoxdur. Alı Qocayevin oğlu Mehman Qocayev vaxtilə Eldar Mahmudovun yanında işləyirdi (DİN-nin İqtisadi Cinayyətkarlığa qarşı mübarizə idarəsində) və Eldar Mahmudovun oğlu Anar Mahmudovun yaxın dostudur. Onların birgə obyektləri var Dubaida. Ümumiyyətlə, Əsədovların və Qocayevlərin şərikli obyektləri çoxdur. Məsələn, təkcə Türkiyədə 40 milyonluq mülkləri var. Qocayevlərdən sızan məlumata görə, Əsədov “yuxarılara” çatacaq pulu özünə xərcləyərək mənimsəyib. M.Həsənovun sözlərinə görə, Alı Qocayev deyirdi ki, İlham Əliyev onu Samuxa “kurorta göndərib” ki, öz doğma Qazax rayonuna yaxın olsun. Deyirlər ki, prokuror işləyən M.Qocayev hələ də narazıdır ki, ona işdə “pul qazanmağa imkan vermirlər”, ona görə ki, Bakının prokuroru bütün “yağlı” işləri özünə götürür. M.Həsənov hesab edir ki, Bakı şəhəri prokurorun müavini Mehman Alı oğlu Qocayevin bizneslə məşğul olması, prokurorluq orqanlarını gözdən salmaq və bütünlükdə dövlət aparatını iflic etmək istiqamətində şüurlu addımıdır.

Cinayət və qudalıq üzərində karyera quran Alı Qocayev və ailə üzvləri cəzasız qalacağınımı düşünürlər. Türkiyədə milyonlar xərcləyən, Bentli və Lamborqini sürən Alı Qocayevin ailə üzvlərin yaxasını bir gün çərxi-fələk ələ keçirəcək. Fotoreportajda açıq-aydın şəkildə 500 və 007 nömrəli bahalı maşınları gördük, daha sonra İstanbula Bakidan aparılmış Bentli markalı maşını da gördük, Alı Qocayevin nəvəsini İsvecrə dağlarında da gördük, Dubaida prokuror Mehman Qocayevə məxsus Lamborqini markalı luks avtomobil da gördük, Bənövşə Cəfərovaya məxsus Samuxda fermanı da gördük… Sual yaranır, bəs görəsən Alı Qocayev utanmır ki, ailəsi dəbdəbə içində yaşayırlar, Samuxlular isə çörək pulu tapmırlar? Deyirlər ki, Alı Qocayevin ailəsi prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanin qarasınca da deyinməyə çoxdan başlayıblar. M.Həsənov hesab edir ki, Qocayevlərin hərəkərtləri, təkcə mediada təsvir edildiyi kimi, siyasi biyabırçılıq deyil, həm də ağır dövləti cinayətdir.

Alı Qocayev niyə biznesləri öz həyat yoldaşının adına rəsmiləşdirir?


Alı Qocayevin həyat yoldaşı Bənövşə Cəfərova Binəqədi rayonu E.Sultanov adına 217 saylı orta məktəbin direktorudur, eyni zamanda da Yeni Azərbaycan Partiyasının üzvüdür. Xaricdə və doğma Samuxda bu xanımın adına çoxlu mülklər rəsmiləşdirilib. Məsələn, oğlu prokuror M.Qocayevə məxsus maldarlıq biznes Bənövşə Cəfərovaya rəsmiləşdirilib.

Lakin bu da ona bəs deyil. Müdir olduğu məktəbin şaqirdləri dəfələrlə Prezidentə şikayyət ediblər. Valideynlər bildirirlər ki, məktəbdə uşaqlardan fond pulu, süpurgə pulu, müxtəlif test kitabçalarının satılması adı altında hər həftə pul yığılır. Valideynlərin şikayətinə baxmayaraq Alı Qocayevin yoldaşı heç bir tədbir görmür. Çünki müəllimlər uşaqlardan yığılan pulları direktorun adından yığırlar. Valideynlər media nümayəndələrinə bildiriblər ki: “Birinci sinifdə şagirdlərin savadlı müəllimlərin sinfinə düşməsindən tutmuş, repetitor yanına gedən yuxarı sinif şagirdlərindən dərsə gəlməmək müqabilində pul alınır. Həmçinin məktəbdə uşaqlar üçün vinetkalar hazırlanmasıadı altında böyük pullar yeyilir. Birinci siniflərdən “vinetka”ların hazırlanması məqsədi ilə 35-50 manat arasında pul alınır. Hər ay süpurgə pulu 5 manat, ən ucuz test və iş dəftərləri 5 manatdan uşaqlara verilir. Bununla belə məktəbdə tədrisin keyfiyyəti çox aşağıdır. Müəllim yanına getməyən şagirdlərin elementar anlayışları belə bilmir. Əsasən ibtidai sinif müəllimləri pul yığmaq məsələsində çox fəallıq edirlər. Özlərinin ad günü, 8 mart və müəllimlər günü adı altında şagirdlərdən pul yığılır.” (qlobal.az)

Belə ki, media nümayəndələri bütün cəmiyyəti, mətbuatı, qeyri-hökumət təşkilatlarını və xalqı bu qanunsuzluğa biganə qalmamağa çağırır və prokurorluqdan tələb edir ki, Konstitusiyaya və dövlətçiliyə əsasən aşkarlanmış faktla bağlı dərhal hərəkət etsin.