Əliyev nələri hesablaya bilmədi?

AXCP sədrinin müavini Seymur Həzi
Azərbaycanda COVİD-19 la mübarizə dövrü hakimiyyət müxalifət mübarizəsi, daha dəqiq desək Əliyev Kərimli mübarizəsi ilə yadda qalmaqdadır, yəqin ki, yaddaşlara da belə həkk olacaq. Bu mübarizədə bir neçə faktoru diqqətinizə çatdırmaq istəyirəm.
- Arxayınlıq və ya gərginlik faktoru
İlham Əliyev 19 martda xalqı novruz bayramı münasibəti ilə təbrik etmək üçün çıxdığı tv efirindən müxalifəti düşmən elan etdi və açıq dedi ki, virusla mübarizə çərçivəsində onları təcrid etmək lazım gələcək.
Əli Kərimlinin bu çıxışa reaksiyası isə çox arxayın oldu. O, bildirdi ki, dövlət başçısının bu cür danışması çox yersiz idi. Bununla belə o dediklərini etmək istəsə, hətta etsə də heç nəyə nail olmayacaq. Prosesin başından Əli Kərimlinin İlham Əliyevdən fərqli olaraq arxayın olmasının iki mühüm səbəbindən birinin müxalifət liderinin şəxsi keyfiyyətləri idisə də, ikincisi onun təcrübəsinin verdiyi üstünlük idi. Kərimli bilirdi ki, Əliyev bu prosesi düzgün qiymətləndirə bilmir. Ona görə də o lap əvvəlcədən çıxış yollarını göstərirdi. Əliyev isə verilən təklifləri gecikmə ilə olsa da icrasına məcbur durumda qalır, sanki bu vəziyyətdən ciddi əsəb keçirirdi. Ona görə də Kərimlinin internetini bağlamaq, onun cəmiyyətlə birbaşa ünsiyyətini kəsmək qərarı verdi. - Xalq dəstəyi
Əliyev xalq dəstəyini nəinki qazanmaq, hətta olanı da itirməmək üçün heç nə etmədi. Karantin dövründə işsizlərə 190 manat müavinət verəcəyini elan edən hökumət elə bəhanələr uydurdu ki, bu pulu alanlar almaq zülmünə qatlaşmadıqları üçün almayanları təbrik etdi. Polisin Yasamal rayonundaki əməliyyatı isə prosesin pik həddi idi.
Əli Kərimli, lap əvvəldən çox aydın rəqəmlərlə bir neçə milyon vətəndaşa verilməli olan yardımın ümumi və detallı həcmini açıqladı. Xalq onun fikrini alqışladı. Bundan başqa Kərimlinin online tv kanallarda canlı çıxışlarının izləyicilərinin sayı iyirmi minə çatırdı.
Əliyev isə bu rəqəmin mində birini yaxalaya bilməmişdi. Bu müqaisələr sosial şəbəkələrdə şəkillərlə paylaşılırdı. - Beynəlxalq dəstək
Əliyev nəticəsini bilmədən beynəlxalq aləmi aldatmaq yolunu tutsa da o istədiyi nəticəni ala bilmədi. Hətta Azərbaycan daxilində vaxtılə Qərb diplomatiyası üçün mötəbər olan bəzi dairələr hakimiyyətin yalanını tirajladıqları üçün mövqelərini itirdilər. Kərimlini isə ən müxtəlif nüfuzlu mərkəzlərdən dəstəklədilər. Eyni zamanda sivil dünya bu olaylara kompleks yanaşma ortaya qoydu. Nəhayətdə COVİD19 la mübarizə
Müxalifətlə münasibətlər
Xalqa münasibət (Yasamaldaki zorakılıq) kontekstində Əliyev büynəlxalq arenada Kərimliyə uduzdu. Onun prosesin başından hiss olunan gərginliyi və durumu düzgün qiymətləndirə bilməməsi özü üçün ciddi mənfi nəticələr yaratdı.
İndi YAP funksionerləri Azərbaycanın AŞ dən çıxacağına dair bəyanatlar verməklə növbəti sessiyada gözlənilən və Azərbaycan iqtidarının siyasətini tənqid edən hesabatı əngəlləmək istəyirlər. Ancaq başa düşmürlər ki, Şennak tez-tez “başa düşmürəm Əliyev niyə belə edir” deməklə əslində hər şeyi daha yaxşı başa düşdüyünü deyir.