Bu gün UEFA Avropa Liqasındakı yeganə təmsilçisimiz “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda Rusiya təmsilçisi “Rubin”lə qarşılaşıb. “Neftçi” oyuna sürətli hücumlarla başlasa da hesabı 16-cı dəqiqədə “Rubin” açıb. Dyadyu dəqiq baş zərbəsi ilə komandasını önə çıxarıb. “Neftçi” ikinci hissədə də baxımlı oyun sərgiləsə də bu üstünlüyünü qola çevirə bilməyib. Nəticədə komandamız Rubinə Kazanda olduğu kimi Bakıda da minimal top fərqi ilə uduzub. Komandaların heyəti aşağdakı kimi olub:
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 11. Nikolas Kanales, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 32. Elvin Yunuszadə, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 8. Elşən Abdullayev, 21. Kamil Nurəhmədov.
RUBİN: 1. Sergey Rıjikov, 3. Kristian Ansaldi, 4. Sezar Navas (k), 19. Vitali Kaleşin, 25. İvan Markano, 6. Pablo Orbais, 10. Alan Kasayev, 61. Gökdeniz Karadeniz, 66. Bebras Natxo, 22. Vladimir Dyadyun, 99. Xose Rondon.
Ehtiyat oyunçular: 24. Qedryus Arlauskis, 2. Oleq Kuzmin, 76. Roman Şaronov, 11. Karlos Eduardo, 23. Roman Yeryomenko, 55. Gökhan Töre, 9. Sergey Davıdov.
azadliq.info