
İqtisadçı Rövşən Ağayev
Hökumətin vətəndaşlara və biznesə yardımları qısamüddətli dəstəkdir.
Biznes birdəfəlik yardım aldı, işsizlər və əmək müqaviləsilə çalışanlar üçün 2 aylıq dəstək fondu açıqlandı. Səhv eləmirəmsə yalnız yoxsulluq müavinəti alanlar üçün proqram ara vermədən 6 ay davam edəcək.
Görünən odur ki, 2009 və 2015 böhranlarınən nəticələrini analiz edən hökumət bu dəfə də iqtisadiyyatda dərin çaxlxalanmaların qısa müddətli (maksimum 3-5 ay) olub, sonradan tədricən dirçəlmə müşahidə ediləcəyini təxmin edib.
Real baş verənlər isə artıq göstərir ki, qlobal iqtisadiyyat enmə və durğunluq daha uzun müddət davam edəcək. Ən azından ilin sonuna qədər qeyri-müəyyənlik və iqtisadi sarsıntılar davam edə bilər.
Ona görə hökumətin daha uzn müddətə yeni bir iqtisadi dəstək planı açıqlaması lazımdır.
Hətta mayın 4-də karantin yumşaldılsa belə, qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə qədər Azərbaycan üçün ciddi çağrışlar qalacaq.
Hökumət nə edə bilər bu planı hazırlayarkən?
Ölkədə elmi müəssisə və müstəqil “beyin mərkəzləri”ndən ibarət müətəxəssislərin (iqtisadçılarla yanaşı həkimlərin də prosesə cəlib çox önəmlidir) də cəlb edildiyi qrup yaxın və orta və uzaq dövr üçün gözləntiləri əks ətdirən bir sənəd hazırlamalıdır.
Bu sənəddəki gözləntilər üzərinə hökumətin dəstək planı dizayn edilməlidir.
Yardımlarlarla bağlı şəffaflıq artırılmalıdır. Təkcə dövlət büdcəsindən ayırlan vəsaitlərin hara getməsi barədə məlumat açıqlanmamalıdır. Həm də Mərkəzi Bankın bank sektiruna dəstəyi çox detallı və operativ ictimaiyyətə çatdırılmalıdır. Yeri gəlmişkən, Mərkəzi Bank aylıq bank statistikasını indiki kimi 45 gün sonra yox, maksimum 15 gün ərzində açıqlamalıdır. Tədiyə balansında Türkiyə təcrübəsində olduğu kimi aylıq statisitka yayımına keçməlidir. Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlamalıdır.
Nəhayət, dövlət zəmanətilə ayrılacaq kreditlər barədə şəffaf siyahılar olmalıdır.
Ən vacibi dövlətdən pandemiya ilə bağlı yardımn alan işsiz və yoxsulların siyahısı cəmiyyətə tam açıq olmalıdır. Buna da deyirlər şəffaflıq və ünvanlılığın ictimaiyyətin gücü ilə təmin edilməsi…
Təkliflərimin davamı olacaq