Türkiyə Suriyanın hərbi əməliyyatlarından öz ərazilərini qorumaq üçün NATO-dan Patriot raketlərini istəmək niyyətindədir.
«Azadlıq.info»nun Financial Times-a istinadən yaydığı məlumata görə, raketlərlə yanaşı onlara nəzarət edən qüvvələr də Türkiyə ərazisində yerləşdirilə bilər. Baş nazir Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfəri zamanı ölkəsinin hələlik raketlərini istəmədiyini deyib. Lakin o NATO baş katibi Rasmussenin buna müsbət cavab verəcəyinə ümid etdiyini dilə gətirib.


