Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) TANAP qaz kəmərində səhmlərin 29%-ni sataraq öz payını 80%-dən 51%-dək endirib. Çərşənbə günü BP-Azərbaycanın sözçüsü Tamam Bayatlı Reuters agentliyinə deyib ki, SOCAR qaz kəmərinin 12%-ni BP-yə, 12%-ni Statoil-a, 5%-ni isə Total-a satıb.
Türkiyənin payı 20% olaraq qalır.
Yeddi milyard dollar dəyərində olan TANAP müqaviləsi iyun ayında imzalanıb.
Kəmərin tikilməsi 2013-cü ilin axırında gözlənilir.


