Avropa Komissiyası İlqar Məmmədovu müdafiə etdi

“Əgər Avropa Parlamentini zooparka bənzətseydilər heç kəs bundan narahat olmazdı əksinə maraqlı müzakirələr başlayardı”

Azərbaycanda səfərdə olan Avropa Komissiyasının vitse prezidenti Nelli Kroes səfər proqramlarının yekünlarına dair mətbuat konfransı keçirib. Moderator.az-ın məlumatına görə Azərbaycanda ifadə azadlığının vəziyyətinə toxunan Nelli Kroes hakimmiyyətin buna təminat verməli olduğunu  bildirib: “Hər kəs öz fikrini sərbəst şəkildə ifadə etməlidir. Azərbaycanın ifadə azadlığı ilə bağlı ATƏT, Avropa Şurası qarşısında öhtəlikləri var. Mən Bakıda bir nəfər blogrerin Milli Məclisi zooparka bənzətməsini eşitdim. Ona qarşı çıxışlar var. Hesab edirəm ki, buna hamı normal yanaşılmalıdır. Əgər Avropa Parlamentini zooparka bənzətseydilər heç kəs bundan narahat olmazdı əksinə maraqlı müzakirələr başlayardı ki, görəsən niyə Avropa Parlamenti zooparka bənzədilib?”