QOÇ
Bu gün geriləməyə başlayan Merkuri sizin media, hüquq, təhsil, səyahət sahələrindəki işlərinizə təsir edəcək. Ulduzlar bu sahədəki əhəmiyyətli işləriniz üçün noyabrın 14-nə kimi hərəkətə keçməməyi məsləhət görür. Dalğın olacağınız gözlənilir.
BUĞA
Bu gün ortaqlı işlərinizdə pul sarıdan geriləmə müşahidə olunacaq. Həm bu sahədə, həm də eşq həyatınızda bəzi səhv qərarlar verəcəksiniz. Bu isə həyatınızı çətinləşdirəcək. Bu gün heç bir sənədə imza atmayın.
ƏKIZLƏR
Şəxsi münasibətlərdə natamamlıq özünü göstərəcək. Ehtimal ki, sizi yanlış anlaycaqlar. Bu səbəbdən də sizdən küsənlər də olacaq, araya qarışıqlıq da düşəcək.
XƏRÇƏNG
Bu gün mühüm əhəmiyyət kəsb edən sövdələşmələrdən uzaq durmaq tövsiyə olunur. Işlərinizdə axsamalar olacaq. Yaxşı olar ki, yeni iş yerinin axtarışından imtina edəsiniz. Bu gün sənədə imza atmayın.
ŞIR
Bürcün nümayəndlərinin bir sıra problemləri olacaq. Ehtimal ki, yaxın günlərə qədər köhnə əlaqələriniz və eşqbazlıqlarınız yenidən gündəmə gələcək.
QIZ
Evinizlə bağlı mühüm qərarlar verməyə tələsməyin. Həmçinin yaxın günlərə qədər alğı-satqı işindən də uzaq durun.
TƏRƏZI
Bu gün ünsiyyət dairənizi genişləndirəcəksiniz. Bu gün razılaşmalardakı şərtləri diqqətlə nəzərdən keçirin. Reklam, satışla bağı işlərdən uzaq durun.
ƏQRƏB
Pul sarıdan korluq çəkəcəksiniz. Noyabrın 7-ə qədər ticarət sahəsində əhəmiyyətli razılaşmalara imza atacağınız gözlənilir. Ulduzlar pulla bağlı razılaşmalarda daha diqqətli olmağa çağırır.
OXATAN
Planlarınızda bəzi geriləmələr olacaq. Iş və ailə həyatınız diqqət tələb edəcək. Düşünmədən danışmayın. Dalğın olacağınız bildirilir.
OĞLAQ
Gün mühüm görüşmələrin keçirilməsi üçün münasib deyil. Bu səbəbdən bu gün razılaşmalara imza atmayın və yeni bir işə başlamayın.
DOLÇA
Çoxdan tanıdığnız yoldaşlarınızla bir araya gəlmə ehtimalı var. Bu gün yoldaşlarınızla aranızdakı söhbətlərə diqqət yetirin. Sizi yanlış anlaya bilərlər.
BALIQLAR
Bu gün müdriyyətlə aranızdakı ünsiyyətdə bəzi problemləriniz çıxacaq. Yanlış başa düşülməsin deyə, iş yerində vacib qərarlar verməyə tələsməyin.

Günün ulduz falı (08.11.12)
•