Daha bir müxalifətçi 30 sutka həbs edilib

Aprelin 9-da Binəqədi Rayon Məhkəməsi Demokratiya və Rifah Hərəkatının fəalı Vəfadar Əliyevi 30 sutka həbs cəzasına məhkum edib.

Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmamaq) ilə təqsirli bilib. Bu barədə Turan-a fəalın vəkili Fəxrəddin Mehdiyev bildirib.

V.Əliyev özünü təqsirli bilməyib. Müdafiə tərəfi apellyasiya verəcək.

V.Əliyev aprelin 8-də saxlanılıb.

Contact.az