Britaniyanın baş naziri Əsədə təhlükəsizlik vəd etdi

Bəşər Əsəd dinc yolla getsə, hətta Britaniyadan çığınacaq da ala bilər  Suriya prezidenti Bəşər Əsəd dərhal istefaya getsə, təhlükəsizliyinə beynəlxalq zəmanət ala bilər. «Azadlıq.info»nun «İtar-Tass»a istinadən yaydığı məlumata görə, bunu Əl Ərəbiyə telekanalına müsahibəsində Böyük Britaniyanın baş naziri Devid Kameron deyib. «Mən ona Britaniyaya qaçış planı təklif etmirəm. Ancaq əgər o getmək istəsə, gedə bilər – bunu təşkil etmək olar» – deyə Kameron qeyd edib. Bununla yanaşı o Əsədin Londonda anadan olan həyat yoldaşının Böyük Britaniyada sığınacaq ala biləcəyini də istisna edib. 

Kameron qeyd edib ki, o Suriya liderinin məhkəmə qarşısına çıxmasını istəyir. Bununla yanaşı Kameronun rəsmi nümayəndəsi Əsədə hüquqi toxunulmazlıq təklif edilə biləcəyini də istisna etməyib. Bu arada Londondakı diplomatik dairələr qeyd edir ki, Kameron Bəşər Əsədin potensial beynəlxalq məhkəmə təqibindən yaxa qurtara biləcəyi ilə bağlı variantlar təklif etməyib.