Bu yollar öz yolçusunu gözləyərək saralmadadır
Bəzən insan utanır: hər şeydən, özündən, insanlıqdan, vətəndən; bəzən yorulur, yavaşcasına ağlayır, əzab çəkir, darıxır və bəzən sınır, qırılır və çökür.
Onlarca Anadolu türkü, Güneyli- Quzeyli azərbaycanlı Ankara Esenboğa Aeroportunda Birisini Gözləyir, Telefon zəngləri gəlir ki, “heç bir yığıncaq olmasın, insanlar dağılsınlar, biz 15 millət vəkil yoldayıq gəlirik, özümüz qarşılıyacayıq”; insanlar gözləyirlər, birisi telefonla danışır, birisi bayrağını açır- bükür,.. ortam gərgindir. Saat 4 olmuşdur, amma hələ yolcudan xəbər yox.
Facebooka baxıram, yüzlərcə vətəndaşımız Təbrik mesaji yazır, birisi deyir: “mən özüm Bakıdan on nəfər toplayıb gətirəcəyəm”. Birisi yazır: “mən qarşılama qrupu yaratmışam”, birisi mənim kimi izləyir, içimdə stress var,.. Demək olar, 6 il bundan öncə də bu sözləri eşitmişəm, görmüşəm, amma sonunda meydan boş, sadəcə bir neçə sadıq insan yıqışıb bir işlər görüblər. 6 il bundan öncə də belə həyəcan var idi, amma sonunda hər kəs onu yalqız buraxdı, ətrafında bir neçə dostu və yoldaşı qaldı. Bu halları yenə də yaşayırıq, həsrətlə birliyi gözləyən Azərbaycan itirdiyi torpaqlarından və insanlarından ibrət almadı. Hər gün parçalandı, qırıldı və yıxıldı , sonunda da çoxlu parçaları oyuna gəlib bir- birinə qarşı hərəkatə geçdilər.
Çöhrəqanlı bu ölkəyə yenə buraxılmadı…
Yenə də birisi zəng etdi,” orda yığışmayın, biz gəlirik, bütün gücümüzü toplayıb yolcunu alacayıq, onun girişində bir problem yox”! Amma kimsə demir ki, əgər bir sıxıntı yoxdur, niyə bu qədər sürdü? Ortam çox streslı, üç- dörd dənə qazetəçi də kənardan baxıb, özlərindən şəkil çəkirlər, ətrafa baxıram, o şüar verənlərdən, “birlik” bağıranlardan xəbər yoxdur, yanımdakıların üzündə sədaqət və hüzn var, getdikcə bu hüzün və ümidsizlik artır: “elə bil gəlmiyəcəkdir”!!
Bu tərəfdən çıxacaq, yox- yox, o tərəfdən, polislər də bizi oynadır, eləbil onlar da anlayıblar ki, bizlər oyuna gələnlərik, bu bizim kültürümüzdə var,..
Sonunda qazanan bəllı oldu, çıxışda bir gənc çıxdı, başqası yox!
Oğlu çıxdı eşiyə, hüznlü və gözləri yaşlı; “qoymadılar”, ağladı və gələnlərin qucağına sığındı” “izn vermədilər”. Yenə də Vətənə yasaq olmuş bir övladın yolu kəsildi, hər yerdən sloqan səsi gəlir: “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “AKP!..”, “MHP!..” ritmilə atılan sloqanlar var. Polis xalqı sakitləşdirməyə dəvət etdi, amma ürəklər yaralı, şüar atmaqda davam istəyirdilər…..edəcək bir şey yox!!
Mahmudəli Çöhrəqanlı bəy yenə də Türkiyədən deport edildi. Yenədə Anadoluda yaşayan insanlar sözlərini tutammadılar, bəlkə də biz bunlara çox söykənmişik, qardaş evlənəndən sonra dəyişir və bunu Türkiyədə gördük. Anladım ki, MHP Üst düzeyi, sadəcə, məqam və güc peşindədir, yeri gəlsə Güney Azərbaycanı, Kərkükü, Qarabağı da qurban verər, yeri gəlsə xəyalları qırar, nə olur- olsun güc olsun, pillə- pillə… Türkün başına ayaq qoyub sədrə çatsınlar.Doktor Çöhrəqanlı nə Ankaray gələ bilir və nə Bakiya və nə Təbrizə. Ona Vətən Yasaqdır. Çöhrəqanlı bəyə bu şəkildə davranış bütün Güneyə və ona aid olan təşkilatlara böyük bir həqarətdir.
Bu deport tarixə yazılacaq!
Özünü güneyli bilən anlar, Hava Limanında toplaşanlar sadıq güneylilər , quzeydən neçə dəyərlı yoldaşımız, bireysəl Anadolu türkləri olmuşlar, başqalarından da xəbər yox, facebookda, telefonda bağıranlar da susmuşlar. Əlbəttə, bəziləri özlərini göstərməyə gəlmişlər , onlar da barmaq sayısından azdılar. Nə isə, çox önəmli deyil, önəmli budur ki Azərbaycan heç bir zaman öz dəyərlərinə malik çıxammadı, birilərı Əliyevə, birilərı Bahçeliyə dayandı, amma sadiq evladların dayanacaq yerləri olmadı və Vətən hər zaman gözlərinin önündə qoca bir ana kimi quylandı.
Bəzən məsləhət budur ki, dinməyəm və yazmayam. Amma axı, bəzən ürək dözmür, həddən artıq gücsüz bir MHP önümüzdə var, həddən artıq da bir zalim hakimiyyət quzeydə yerləşib, Tehrandaki molla da uzun saqqalilə bunlara basqı edir.
Doktor Çöhrəqanliya əgər Azərbaycanlı sahib çıxmazsa, kimsə ona sahib çıxmaz, nə Mhp, nə Tehran və nə Əliyev. Çohrəqanlının deportu tarixə yazılacaq, yanında da, burax başqalarını, həmin Əliyevin nə qədər irandan qorxması və öz öz nəfini istəməyi.
Hər məsələni öz manifestomuzla dəyərləndirməliyik, əgər ona uysa mənimsəməliyik. Uymazsa da geçici mənafelərə görə ona yaslanmamalıyıq. Çünki MHP Manifestosunda Uyğulanan söz “türkiyəçilik”dir və Quzeydə də bu məsələ Azərbaycançılıqla ortaya gəlir. İkisində də sərhədlərdən eşikdə olan Türk boylarına aid bir proqram yox, özəllikcə bu boyların çoğunluğu totalitar ölkələr içərisində yaşıyırlar. Bakıda Güneyliləri “İranlı”, Ankarada “Amerikan Uşaqları” adlandırırlar.
“Adam olmalıyam, yoxsa məndən heç bir şey çıxmaz”
Məncə Doktor Çöhrəqanlının deport məsələsinə təpkisiz qalmaq, bizi Gücsüzlüyə doğru süründürür. Çöhrəqanilərin və başqalarının yaranmasına zaman lazım , İnqilab Lazım, Dəyişiklik lazımdır , ona görə vaxtı əldən verməmək üçün bunlarar sahib çıxmalıyıq. O qədər güclü olmalıyıq ki, təkcə Türkiyə və Quzey Deyil, bütün dünya ölkələri bizə yalvarsınlar. Amma öncə gərək özümüz özümüzə sahib çıxaq, ideologiyamıza uyaq və güclənək.
Sərmayələrimizə sahib çıxmalıyıq, yaxşı ya pis, bunları biz yaratmışıq. Əgər yaxşıdılar, sevinməliyik , əgər deyillər, günahı özümüzdə axtarmalıyıq, şou-menliklə, təxribatla, aşırı dərəcədə yaltaqlıqla, qafasız insanlara meydan verməklə öz kökümüzə balta vururuq. Umarım, bir gün gələr ki, uçaqlar izinsiz və vizasız Ankaradan Təbrizə, Bakıdan Urmuya uçar; bir gün gələr ki, özümüz o tayda və bu tayda özümüzə hökümət elərik, bu da sözdə olmaz.
Ən əvvəldə də özümə deyirəm: “Adam olmalıyam, yoxsa məndən heç bir şey çıxmaz”!
Rza Talibi