Suriya silahlı müxalifətinə daxil olan qruplaşmalar «Bəşər Əsəd rejimi ilə daha effektiv mübarizə aparmaq üçün» birləşdiklərini və 5 cəbhə yaratdıqlarını elan ediblər. Bu barədə «Əl-Ərəbiyyə» telekanalı məlumat yayıb.
Üsyançılar 5 hərbi dairə – şimal, cənub, şərq, qərb və mərkəzi dairələr yaratdıqlarını bəyan ediblər. Hazırda fəaliyyət göstərən qruplaşmalar briqada, tabor və bölüklərdə birləşərək bu dairələrə daxil olacaqlar.


