“Bizim bir əsas tələbimiz var – rejimi sona çatdırmaq və yeni dövrün başlanması”
Məhəmməd əl Baradeyin rəhbərlik etdiyi Misir müxalifəti sabaha 1 milyondan artıq adamı cəmləyərək Hüsni Mübarəki süpürüb atacağını elan edib.
Ötən gecə Qahirədəki Təhrir (Azadlıq) meydanında bir neçə min nümayişçi qalmışdı və onlar meydanı bu gün səhər meydana axışan narazı kütlələrə təqdim ediblər. Onlar səhərə qədər “Biz meydanı tərk etməyənlərdənik”, “Biz hərəkatın özüyük” şüarlarını səsləndiriblər.
Xatırladak ki, dünən Məhəmməd əl Baradey özünün bir neçə min tərəfdarı ilə birlikdə Təhrir meydanındakı mitinqə qoşulmuşdu. O, mintinqdə çıxış edərək demişdi: «Mən bu gün bura həyatınızın ən xoş günündə sizə qoşulmağa gəlmişəm. Bu gün mən sizin hər birinizin gözünə baxa bilirəm. Bu gün siz misirlilər yaşamaqla azadlıq hüquqlarınızı geri aldınız. Artıq heç nəyi geriyə qaytarmaq mümkün deyil. Bizim əvvəllər qeyd etdiyim kimi bir əsas tələbimiz var – rejimi sona çatdırmaq və yeni dövrün başlanması».
Baradeyi 30 yanvar mitinqində
Misirin bu vaxta qədər ən iri müxalifət hərəkatı sayılan “Müsəlman qardaşları” hərəkatı da bəyanat verərək bildirib ki, vahid müxalifətin formalaşması və onun hərəkətlərini müəyyənləşdirməyi Məhəmməd əl Baradey öhdəsinə götürə bilər. Bu, Misirdı Hüsni Mübarəkə qarşıl ümumxalq koalisiyasının yaranması deməkdir.