ulduz fali

Günün ulduz falı (06.11.12)

QOÇ
Ailə mövzularında gözəl qarşılıqlı münasibətlər özünü göstərəcək. Iş yerinizdə ortaya qoyduğunuz enerjinizin və gördüynüz işlərin qarşılığını almayacaqsınız. Çəkdiyiniz zəhmətin konkret qarşılığını görmək istəyi isə normaldır.
BUĞA
Gələn həftə ünsiyyət dairəniz genişlənəcək. Şəxsi münsibətlərə gəlincə, sevdiyiniz insanla əlaqəniz daha da möhkəmlənəcək, ayağınızı yorğanınıza görə uzadın və artıq xərcləmələrdən qaçın.
ƏKIZLƏR
Sevdiyiniz insanın arxanızda olduğunu bilmək və yaşayacaqlarınız nəticəsində sizə dəstək çıxması ruhunuzu rahatlaşdıracaq. Özünüzü dinc və rahat hiss edəcəksiniz. Pula gəlincə, burada əlinizi gərək möhkəm tutasınız.
XƏRÇƏNG
Məntiqiniz yüksək olacaq. Yaxşı olardı ki, çox əhəmiyyətli işlərə girməkdənsə, öz şəxsi istəklərinizin arxasınca gedəsiniz. Işdəki didişmələr sizi çox yoracaq.
ŞIR
Şəxsi işləriniz üçün hərəkətə keçəcəksiniz. Ailə qayğıları sevincinizə kölgə salmasın. Tamamlamanız lazım olan işlərin arxasına düşün. Əhəmiyyətli görüşmələri başqa günə təyin edin.
QIZ
Yoldaşlarınızla rahat bir gün keçirəcəksiniz. Onlarla ünsiyyətdə olmaq romantik baxımdan sizi sevindirəcək. Bu gün dostlarınızı evinizə dəvət etmək istəyi baş qaldıracaq.
TƏRƏZI
Göz qarşısında olacağınız situasiyalarda yaxşı ünsiyyət quracaqsınız. Daxili səsinizi dinləyin və daha çox işlərinizi tamamlamağa diqqət yönəldin. Yaxın ətrafınızla bir araya gələ bilər və qısa planlar qura bilərsiniz.
ƏQRƏB
Bu gün “maddi mövzularda daha çox nələr edə bilərəm?” düşüncəsi sizə ağır gələcək. Bəzi işləri tələsik görməyin və səbirsiz olmayın.
OXATAN
Gələn həftə ortaq sövdələşmələrlə bağlı işə başlayacaqsınız. Görəcəyiniz iş lazımi pulu əldə etməklə bağlı ola bilər. Hər şey sizin fəaliyyətinizdən asılı olacaq. Uğur sizinlədir, hələlik.
OĞLAQ
Yenə yoldaşlarınızdan biriylə bir-birinizə dəstək olacaqsınız. Bu aralar hər olub-keçəni çox böyüdürsünüz.
DOLÇA
Olduqca sürətli başlayan iş qrafikinizdə bəzi işlərinizin çoxunun qarşılığını görəcəksiniz. Şəxsi münasibətlərə aydınlıq gətirəcəksiniz. Eşidəcəkləriniz qarşısında təəccüblənməyin.
BALIQLAR
Romantik aləmdə işləriniz əla gedir. Sevdiyiniz insanla səyahətə çıxmaq ehtimalı da var. Yaradıcılıqla və sənətlə məşğul olan nümayəndələri də maraqlı gün gözləyir.