Suriyada kamikadze 50 hərbiçini öldürdü

Suriyanın Həma şəhərində kamikadzenin törətdiyi partlayış nəticəsində 50-yə yaxın hərbiçi və təhlükəsizlik xidmətinin əməkdaşı həlak olub. Bu barədə Londonda olan Suriyalı hüquq müdafiəçiləri məlumat veriblər. Onların məlamatına görə, kamikadze idarə etdiyi avtomobil ilə hərbi bazaya yaxınlaşaraq, maşında olan partlayıcını işə salıb. Suriyanın rəsmi strukturları partlayış faktını təsdiqləsələr də ölənlərin sayını deməyiblər.

Bu gün həmçinin hökumət qüvvələrinin Azad Suriya Ordusunun ölkənin Şimalında yerləşən İdlib şəhərindəki hissələrinə endirdiyi aviazərbə nəticəsində 20-yə yaxın müxalifçi dünyasını dəyişib.
Müxalifətçilərlə Əsəd qüvvələri arasında toqquşma Dəməşq ətrafında hələ də davam etməkdədir.



azadliq.info