İran prezidenti Mahmud Əhmədinejadın dindirilməsi ilə bağlı layihə noyabrın 4-də parlamentə təqdim edilib. İran parlamenti rəyasət heyətinin üzvü Əlirza Monadi jurnalistlərə deyib ki, prezidentin parlamentdə sorğu-suala tutulması haqda layihəni 77 deputat imzalayıb: “Biz bu ilin mart ayından ölkədə valyutanın məzənnəsi ilə bağlı qeyri-sabit vəziyyətin və hərc-mərcliyin şahidi olmuşuq. Bu isə milli pulun dəyərinin kəskin düşməsinə, inflyasiyanın artmasına və iqtisadi sahədəki fəaliyyətlərə əngəl törədilməsinə gətirib çıxarıb.
İqtisadiyyat və maliyyə naziri bildirib ki, o, ölkədə valyuta məsələsi ilə bağlı məsuliyyət daşımır. Mərkəzi Bankın baş direktoru isə yaranmış valyuta böhranı ilə bağlı izahat vermək üçün parlamentə gəlməkdən imtina edib. Məhz həmin səbəbə görə valyuta məsələsi ilə bağlı əsas qərarları qəbul edən cənab Əhmədinejad parlamentə gəlməli, deputatların valyuta böhranı və digər iqtisadi problemlərlə bağlı suallarına cavab verməlidir”.
İnformasiya şöbəsi


